a
Hava:
15 C
clear sky
Baku
humidity: 82%
wind: 2 m/s SSW
H15 • L15

Dodaq baxımı

Çoxları düşünür ki, dodaqların yaxşı formada olması üçün dodaq boyası sürtmək kifayətdir. Belə deyil…  Dodaqların dekorativ kosmetika ilə bərabər, müalicəvi qulluğa da ehtiyacı var, ələlxüsus qış fəslində. Dodaqları masaj etmək faydalıdır. Bu prosedur qan dövranını yaxşılaşdırır və sağlam görünüş verir.

Təmiz dodaqlar…

Hər gün həyata keçirmək lazımdır. Pambığı kosmetik südə və ya təmizləyici losyona batırıb astaca silmək lazımdır. Qabıqvermə zamanı pillinqdən istifadə olunur. Bu zaman qidalandırıcı və yağlı kremdən istifadə etmək səmərəli təsir göstərir.

Hamar və təravətli dodaqlar…

Dodaqları hamar və təravətli etmək üçün təbii maskalardan istifadə edə bilərsiniz (maskanı 15 dəq. saxlamaq lazımdır).

1 ç.q. kəsmik və kök şirəsini eyni miqdarda götürüb qarışdırın.

1 ç.q. kəsmiyə qaymaq əlavə edin.

Sürtgəcdən keçirilmiş almanı 1 ç.q. kərə yağını qarışdırın.

Dodaqların soyuqdəyməsi zamanı gecələr çobanyastığı cövhərinə batırılmış pambığı dodaqlarınızın üstünə qoya bilərsiniz.

Məşq et…

Tərkibində qliserin olan reseptlərdən istifadə etməyin. Çünki o dodaqların qurulduğu artıra bilər. Âgız quruluşunun gözəl olması üçün ağızını dairəvi əzələlərini möhkəmləndirmək lazımdır.
Bunun üçün: A, İ, O, U hərflərini energetik artikulyasiya ilə tələffüz edin. Bu hərəkəti 10 dəfə təkrarlayın.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz