a
Hava:
12 C
clear sky
Baku
humidity: 87%
wind: 6 m/s SE
H12 • L12
HomeSağlamlıq və gözəllikGözəllik siirləriHind qadınlarının gözəllik sirləri

Hind qadınlarının gözəllik sirləri

Hind qadınlarının gözəllik sirləri
Təkcə ekranda və filmdə deyil, həyatda da hind qadınları öz təbii gözəllikləri ilə seçilir. Onların məxmər kimi dərisi, parlaq gözləri, gur və canlı saçları olduqca baxımlı və gözəl görünür. Əlbəttə, hind qadınlarının gözəllik sirləri zərif cinsin hər bir nümayəndəsi üçün maraqlıdır:
Görəsən onlar nəyin sayəsində buna nail olurlar.
Hind xanımlarının gözəllik sirlərindən biri də istifadə etdikləri təbii bitki və onların yağlarıdır. Onlar dəriyə gündəlik qulluq zamanı özlerinin hazırladığı krem və yağlardan istifadə edirlər. Bəlkə də gənclik illəri ötüşəndən sonra da, onların hamar dəriyə sahib olması elə bununla əlaqədardır. Dəriyə bu cür qulluq göstərilməsi artıq illərin, əsrlərin sınağından keçmişdir.
Hindli qadınlar təbii məhsullarla üzlərinə pillinq edirlər. Ümumiyyətlə, taxıl məhsulları, fındıq və fıstıq kimi çərəzlərlə üz və bədəni pillinq etmək dəriyə yumşaqlıq bəxş edir. Onlar dərilərini sakitləşdirmək üçün gül suyu və şirin badam yağından istifadə edir, üzlərini çox vaxt ilıq düyü suyu ilə yuyurlar. Düyü suyunun tərkibində olan maqnezium, B qrupu vitaminləri ilə mis kimi bəsləyici maddələr istiliklə birlikdə suya qarışır və dərini parlaqlaşdırır.
Bitki yağları hindli qadınların istifadə etdikləri ən yaxşı məhsullardan sayılır.Təbii yağlardan yüngül masajlarda istifadə olunur.
Üz maskaları üçün daha çox sarı küncüt yağını seçirlər. Onun tərkibində doymamış yağ turşuları dərinin yumşalmasına və hamarlaşmasına imkan verir.
Hindlilər üçün gur və tünd saçlar gözəllik tacıdır. Təbii yağ və təbii şampunlar saçlara möhkəmlik və parıltı verir.
Saç masajı üçün ətirli campisaj,min ildən çoxdur ki, tətbiq olunur. Hind qadınları gur və sağlam saçlara sahib olduqları üçün bu masajdan istifadə edirlər. Masaj saçlar yuyulduqdan sonra tətbiq olunur. Baş hissəyə edilən masaj qan dövranını yaxşılaşdırır, yağdakı faydalı maddələr saç kökünə yaxşı hopur. Masaj saçlara həm gözəllik, həm də sağlamlıq bəxş edir.
Parlaq, ətirli saçlar üçün qab su ilə doldurulur, içinə bir neçə damcı, ətirli yağ (daha çox gül və lavanda yağı) qatılır. Sonra saçları həmin suyla yuyulması çox gözəl qoxu gəlməsinə səbəb olur. Hindli qadınlar həm sağlamlıqlarını, həm də gözəlliklərini qorumaq üçün ətirli masajlardn istifadə edirlər.
Onlar təbii ətirli yağları bədənlərinə sürtərək yüngül dairəvi masaj edirlər. Masaj dərinin gənc və elastik qalmasını təmin edir, limfa axınını canlandırır və orqanizmin oksigen qəbulunu asanlaşdırır.
Təbii yağlardan vanna qəbulunda da istifadə etmək olar. Su dolu qaba çobanyastığı, jasmin və səndəl yağları tökülərək vanna qəbul edilməsi dəriyə çox müsbət təsir edir.
Şərh yoxdur

şərhini yaz