a
Hava:
14 C
clear sky
Baku
humidity: 51%
wind: 5 m/s NE
H14 • L14
HomeSağlamlıq və gözəllikBaxımlı qadınMəşhurların gözəl saçlarının sirri

Məşhurların gözəl saçlarının sirri

Yuyub saçlarımı atdım dalıma… 
Zamanla qadın gözəlliyinə yanaşma dəyişsə də, uzun, gur, sağlam saçlar həmişə gözəllik etalonu sayılıb. Saçların tökülməsi, saç uclarının qırılması, müxtəlif kimyəvi rənglərin təsirindən saçların solğunlaşması və cansız görünməsi qadın gözəlliyinə xələl gətirən
səbəblərdir.

“Yuyub saçlarımı atdım dalıma…”    Yazıçı dramaturq C.Cabbarlının bibisi Zərnişana yazdığı şeirlərdən birində

zəmanə qadınlarının taleyini vəsv edərkən belə bir misra işlətmişdi. O vaxtdan illər keçib, lakin saçın necə və nə ilə yuyulması bu gün də aktual olaraq qalır. Yaraşıqlı, sağlam və parlaq saçlar gözəlliyin əsas atributlarından sayılır. Dünya şöhrətli aktirisa və modellərin saçlarına böyük diqqət ayırmalarının səbəbi əbəs deyil. Onlar həmişə sağlam görünüşə, baxımlı saça malik olmaq üçün müxtəlif proseduralardan istifadə edirlər.

      Nikol Kidman

Avstraliyalı məşhur aktrisa qızılı saçlarının rəngini qızılgül suyunda olan
təbii qırmızı piqmentlərlə qoruyur.

                İnnes de la Fressange

Bir şüsə suyun içinə 3 xörək qaşığı sirkə qatır və şampunlayıb duruladığı saçlarına çəkərək saçlarında parlaqlıq yaradır.

          Cennifer Lopez

Saçlarını duruladıqdan sonra saç maskası olaraq pivədən istifadə edir. Saçlar quru olarsa,pivənin içərisinə bir neçə damcı zeytun yağı da əlavə etmək olar.

 Catherine Zeta

Saçlarının parlaq olması üçün bal və pivə maskasından istifadə edir.

          Amanda Sthers

saçlarının sarı rəngini və yumşaqlığını qorumaq üçün limon şirəsindən istifadə edir. Bir miqdar limon şirəsini ilıq suyla qataraq saçlarını yuduqdan sonra bu qarışım ilə durulayır

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz