a
Hava:
27 C
clear sky
Baku
humidity: 22%
wind: 6 m/s S
H27 • L27
HomeQadın və ictimaiyyətDünyada tanınmış qadınlarDünyanın demokratik seçki ilə seçilmiş ilk qadın prezidenti-Viqdis Finboqadouttir

Dünyanın demokratik seçki ilə seçilmiş ilk qadın prezidenti-Viqdis Finboqadouttir

Viqdis Finboqadouttir-Dünyanın demokratik seçki ilə seçilmiş ilk qadın prezidenti.
Maraqlı olduğu qədər qarşısına çıxan çətinliklərə baxmayaraq, nailiyyətləri ilə bir çox qadına örnək ola biləcək həyat yolu keçən Viqdis 1930-cu il 15 apreldə Reykyavikdə doğulub. O 1949-cu ildən 1953-cü ilə qədər Parisdəki Qrenobl Universitetində və Sorbonna Universitetində fransız dili və fransız ədəbiyyatını, sonra Kopenhagen Universitetində teatr tarixi öyrənir. Məzun olduqdan sonra isə Universitetdə fransız dili və fransız dram əsərlərindən dərs keçir və eksperimental teatrla işləyir. Asudə yaşamağı sevməyən Viqdis yay tətilləri muddətində isə bələdçi olaraq çalışır.
Əvvəlcə Reykyavik Teatr Şirkətinin, daha sonra 1972- 1980-ci illərdə şəhər teatrının bədii rəhbəri olur. 1954-cü ildə bir həkimlə evlənən Viqdis 1963-cü ildə boşanır. Daha sonra o, 41 yaşı olarkən bir qız uşağını övladlığa götürür və bununla yeni bir ilklə – uşaq övladlığa götürə bilən ilk subay ana olaraq tarixə düşü.1996-cı ildə Harvard Universitetindəki Con F.Kennedi Hökumət Məktəbində Qadın Dünya Liderləri Şurasının təsisçisi, iki il sonra isə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı Elmi bilik və texnologiya etikasıü zrə Dünya Komissiyasının prezidenti olur.1975-ci ildə Beynəlxalq Qadınlar ilində İslandiyalı qadınlar qadınların dəyərsiz hesab edilən işlərinin nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün ümumi tətil təşkil etməsi böyük diqqət çəkir. İslandiyada işləyən qadınların 90 %-i tətil elan edir. Buna qane olmayan islandiyalı qadınlar həmin il keçiriləcək olan prezident seçkilərində bir qadın namizədin olmasının gərəkliyinid üşünürlər və təkidlə Viqdisi üç kişi namizədi əleyhinə çıxmağa razı salırlar. Beləcə 1980-ci ildə dünyada boşanan tək ana olmasına baxmayaraq, Viqdis Finnboqadöttir demokratik bir seçkidə dövlət başçısı seçilən ilk qadın olaraq yenidən adını tarixə yazır. Nə az, nə çox düz 16 il ölkəsinə rəhbərlik edir və həm də ölkəsinə ən uzun müddət prezidentlik edən qadın kimi də bir ilkə imza atır. Finnboqadöttir həmçinin İslandiya Uşaqlara Yardım Assosiasiyasının əsasını qoyub və ona rəhbərlik edib. 15 aprel 2010-cu ildə – 80 illik yubileyində “İslandiyanın fəxri vətəndaşı” adına layiq görülüb. Aralarında Mayami, Qakuşuin, Gothenburq, Tampere, Nottinqham və.s kimi məşhur universitetlər olmaqla 20-ə yaxın universitetin fəxri dərəcəsinə alıb. Viqdis eyni zamanda 57 fərqli ölkədən, 81 demokratik keçmiş prezident və baş nazirdən ibarət Madrid klubunun üzvü və YUNESKO-nun xoşməramlı səfiridir.

©Umayclub.com

Şərh yoxdur

şərhini yaz