a
Hava:
13 C
clear sky
Baku
humidity: 76%
wind: 4 m/s ESE
H13 • L13
HomeMünasibətlərUşaqların təlim və tərbiyəsiUşaqları sevməklə yanaşı dinləməyi bacarmalıyıq

Uşaqları sevməklə yanaşı dinləməyi bacarmalıyıq

Övladınızı hər məqamda anlayın, sevin.
Hər şeydən əvvəl deyək ki, uşağı başa düşmək, ilk növbədə münasibətləri nizamlamaq üçün vacibdir. Əgər valideyin övladına qarşı hələ də səhv mövqe tutmaqda davam edirsə və ən kiçik hərəkətində belə səbirsizlik göstərirsə, deməli, hələ də uşağını başa düşmür. Elə isə uşağı başa düşmək nə üçün vacibdir. Başqa sözlə, valideyni tərəfindən başa düşülməyən uşaq mütəmadi təzyiqlərə məruz qalırsa, bunun kənar təsirləri nə ola bilər? Fikirlərimizi bir misalla izah etməyə çalışaq. Məsələn, bədənimizin bir yerindən şikayətiniz olduğunu və buna görə həkimə müraciət etdiyinizi düşünək. Ağrıyan orqanınızı həkimə dedikdə təbii ki, o sizə suallar verəcək və müəyyən analizlər tələb edəcək. Bütün bu mərhələlərdən sonra həkiminizin xəstəliyinizi müəyyən etdiyinə inanacaqsınız. Uşağın hərəkətinin səbəbini bilmədən, həmçinin başa düşməyə çalışmadan reaksiya vermək də eynən bunun kimidir. Uşaq bir hərəkət edir, lakin edərkən şüuraltındakı düşüncələrinin təsiri altında qalır. Məsələn, divara şəkil çəkən uşaq bu hərəkəti ilə divarı gözəlləşdirdiyini və beləliklə, anasının onu daha da çox sevəcəyini düşünür. Əgər belə bir vəziyyətdə ana şəkli bir qaralama kimi qiymətləndirirsə və buna görə fiziki və ya şifahi cəzaya müraciət edirsə,təbii ki, uşağın ruhunda sağalmaz bir iz buraxır. Bu münasibəti ilə uşağını öz hərəkətindən uzaqlaşdırmaq istəyən ana bəlkə də daha ciddi problemlərin meydana gəlməsinə səbəb olur. Buna görə də uşağınızı başa düşməyə çalışın və bununla təkcə bu günkü yox,həm gələcəkdəki problərin qarşısını almış olarsınız.

©Umayclub.com

Şərh yoxdur

şərhini yaz