a
Hava:
21 C
clear sky
Baku
humidity: 46%
wind: 8 m/s S
H21 • L21
HomeSağlamlıq və gözəllikGözəllik siirləriGözəllik nişanəsi, sağlamlıq rəmzi -saçlar

Gözəllik nişanəsi, sağlamlıq rəmzi -saçlar

Gözəllik nişanəsi, sağlamlıq rəmzi -saçlar
Normada gün ərzində insan saçı 1000-ə yaxın tük itirir. Daha çox itirərsə, bu saçların seyrəlməsinə gətirib çıxarır.
Bir qayda olaraq probleminin yaranmasının qarşısını almaq sonradan onu həll etməkdən daha asandır. Bunun üçün adi qaydalara riayət etmək lazımdır ki, saçlar seyrəlməsin. Saç müxtəlif səbəblərdən tökülə bilər. Məsələn qışın soyuq günlərində başıaçıq gəzərkən saç köklərinin əzələləri soyuqlayır. Bu isə saçın tökülməsi ilə müşayiət olunur.
Eyni zamanda kip baş geyimlərindən də istifadə etmək məsləhət görülmür, çünki baş sıxıldıqda qan dövranı pozulur. Təsadüfi deyil ki,kip hörülmüş saçlar tökülməyə başlayır.
Bəzən saç tökülməsi bütün orqanizmin yaxud hansısa bir orqanın xəstəliyi ilə bağlı olur. Belə olan təqdirdə mütləq həkimə müraciət etmək və müalicə almaq lazımdır.
Saçların tökülməsi alopesiya adlanır və o iki tipdə olur.
1.Düsən saç follikullarının yerində çapıq əmələ gəlməklə- bu cür tökülmə bərpa olunmur.
2. Çapıq əmələ gəlməklə. Bu tipdə saç tökülməsinin qarşısını almaq mümkündür.
Bundan başqa saç tökülməsi ocaqlı-yəni məhdud bir sahədə diffuz olur.
Diffuz alopesiyanın səbəbləri bunlardır:
*Disbalans, klimaks, yumurtalıqların polikistozu.
*Stress, əsəb
*Genetik androgen çoxluğu nəticəsində – daha çox kişilərdə müşahidə olunur, saçlar təpə hissədən seyrəlir, tükləri çox nazilir, ənsə və gicgah nahiyələrində isə olduğu kimi qalır.
* Qida amili-dəmir, kalsium, zülal və bir sıra vitaminlərin çatışmazlığı
*Mexaniki və ya toksik təsirlər nəticəsində
* Dərman preparatlarının təsiri nəticəsində
Saç xəstəlikləri olduqca çoxdur. Saç tökülməsinə, saç dərisində olan problemlərə çox rast gəlinir. İnsan saçı çox unikaldır. Tək bir tükün özünə məxsusi unikal həyatı var. Tüklər bir-birinə bağlı olmadan yaşayırlar. İnsan saçı o qədər unikaldır ki, həm də daxili orqanlarda olan bir problemin aynası ola bilər. Bədəndə toksinlər yığılanda, daxili orqanda problem yarananda saçın rəngində, quruluşunda, parlaqlığında, qalınlığında problem yaranar. Amma insan bədəni sağlam olsa belə, saçda problem yaranması mümkündür”. Azərbaycanda üç kişidən birində kəskin saç tökülməsi ortaya çıxır.
Kişilərdə saç tökülməsinin səbəbi irsidir. Saç tökülməsi irsi olaraq kişilər arasında daha çox görünür.
Qadınlarda isə irsi tökülmələr daha az olur. Kişilərdə başın ön tərəfində, orta hissədə saç dibində olan enzim var. Enzimə bağlı kişilik hormonunun təsiri altında saçlar tökülməyə başlayır. Bu, genetikdir. Ata-ananın genində varsa, övladlarda ortaya çıxa bilər. Bu enzim arxa tərəfdə olmadığı üçün orada saç tökülməsinə demək olar ki, rast gəlmirik.
Hamilə qadınlarda rast gəlinən saç tökülməsi hamiləlik zamanı orqanizmin yenidən qurulması hormonların dəyişməsi bir sıra maddələrə təlabatın artması və onların orqanizmdə çatışmazlığının yaranması nəticəsində baş verir.
Ocaqlı alopesiya yalnız məhdud bir nahiyədə saçların tamamilə tökülməsi ilə müşayiət olunur.
Saç tökülməsinin çoxsaylı müalicə metodları mövcuddur. Müalicə kompleks şəkildə xəstəliyin əmələ gəlmə səbəbləri nəzərə alınmaqla aparılır.
Müalicə metodlarına aiddir:
*Dərman müalicəsi- hormonoterapiya, vitaminoterapiya, sedativ preparatlar
*Fizioterapiya-saç dininin masaj olunması, darsonval, ozonterapiya
*Saç üçün tonik, şampun və maskalar
*Xalq təbabəti-gənəgərçək, badam, qoz yağı, bal yumurta sarısı və s. maskalar
*Cərrahi üsul vasitəsilə saç əkilməsi
Saç tökülməsi problemi ilə qarşılaşmamaq üçün onlara yaxşı qulluq etmək lazımdır.
Saç tökülməsin hansı xəstəliklərin əlaməti ola bilər?..
Saç ürəkdən qidalanır. Daxilən sən saglamsansa, saçların da sağlam olacaq. Saç tökülməsi iki faktordan yaranır. Burda xarici və daxili faktorlar var. Xarici faktorlara saçların yuyulması, daranması, mexaniki zədələr, şampunlardan istifadə, nəmli yatmaq və digər xarici amillər daxildir.
Yəni saça ehtiyacı olan düzgün qulluq etmədikdə bilavasitə saç tökülməsi ilə nəticələnir.
Xəstəlik – daxil faktordur. Hər hansı xəstəlik ilk növbədə özünü saçda göstərir. Ağır, xüsusən də infeksion xəstəliklərindən, zəhərlənmələrdən, psixi travmalardan, ağır həyacandan, uzunmüddətli yorğunluqdan daha sonra saç tökülməsi sürətlənə bilir.
Bundan başqa hormonal problemlər, xərçəng və bir sıra daxili orqanlardan qaynaqlanan xəstəliklər saçların tökülməsinə səbəb olur.
Bəzən saç tökülməsi klimaks, yeniyetməlik, hamiləlik, uşaqsalma zamanı, hətta normal doğuşdan sonra, bir sözlə, hormonal dəyişikliklər zamanı daha güclü müşayiət olunur.
Düzgün təyin edilməyən pəhriz, bəzi dərman qəbulu tük molekullarına pis təsir edir.
Maskalar:
2 x.q. xardal
1 yumurta sarısı
2 x.q.su
2 x.q. ( zeytun, gənəgərçək, hind, badam yağı) hansı varsa, onu istifadə edə bilərsiniz
Bunları qarışdırın və 20 dəqiqə saçınızda saxlayın və ilıq su ilə durulayın.
2 soğan suyunun üzərinə 2-3 x.q. qatıq qatıb qarışdırın
50 dəqiqə saçınızda saxlayın və ilıq su ilə durulayın
2 x. q. doğranmış soğan 2 x.q. bal və 1 yumurta sarısı qarışdırılır və saça vurulur. 1-2saat saxladıqdan sonra yuyulur
2x.q. zeytun yağı
1 x. q bal
Qarışımı saç diblərinə masaj vasitəsilə tətbiq edib 1 saatdan sonra yuyulur.
umayclub.com
Şərh yoxdur

şərhini yaz