a
Hava:
13 C
clear sky
Baku
humidity: 94%
wind: 3 m/s SSE
H13 • L13
HomeSağlamlıq və gözəllikGözəllik siirləriHər yaşın öz gözəllik tələbi var…

Hər yaşın öz gözəllik tələbi var…

Hər yaşın öz gözəllik tələbi var…

20 yaşda… Gənc qızlar elə bilirlər ki, bu yaşda onun dərisi və bədəni heç bir qulluq tələb etmir. Əslində, qulluq elə bu yaşdan başlamalıdır.

Dəriyə qulluq Onu daim tərifləmək, nəmləndirmək və qorumaq mütləqdir.Yağlı dərini losyon və toniklərlə, quru dərini isə nəmləndirici emulsiya ilə silmək lazımdır. Heç olmasa, həftədə bir dəfə maska və skrabla dəri təmizlənməlidir. Günəş altında ultrabənövşəyi şüadan qoruyan kremlərdən istifadə edilməlidir.

Saçlarla təcrübə

Bu yaşda saçlar canlı olduğu üçün onlarla hər cür təcrübə aparmaq olar. Amma heç olmasa, həftədə bir dəfə saçları zeytun yağı ilə qidalandırmagı unutmayın.

Düzgün qidalanma

Bu yaşda orqanizmdə B12 vitamini çatışmamazlığı əsəb sisteminin pozulmasına və aclığa gətirib çıxarır. Ayaqüstü qidalar isə gənc orqanizmi məhv edən əsas səbəbdir. Mütəmadi olaraq, kalsiumla zəngin olan süd məhsulları yemək sizi ostoeropozdan sığortalayır. Şəkəri rasionunuzdan azaltmaq qocalmanı gecikdirər.

Çoxlu meyvə və tərəvəz yemək orqanizmi vitaminlərlə zənginləşdirməklə həm də, əhvalı da yaxşılaşdıracaq. Silueti yaxşılaşdırmaq üçün qırmızı əti azaltmaq, çoxlu balıq yemək məsləhətdir.

30 yaşdan sonra…

Ailə, uşaq, kariyera qadınının zamanını alır və onun özünə qulluq etməyə vaxtı qalmır.

Makiyaj və dəriyə qulluq

Bu yaşda əsas problem mimiki qırışlardır. Dəri daha quru və solğun görünür.Nəmləndirici A, C, E vitaminli kremlərdən istifadə etmək qocalma prosesini ləngidir. Pillinq üz dərisini təravətləndirir, rəngi yaxşılaşdırır. Gözətrafına isə retinol tərkibli kremlər sürtmək lazımdır. Bu yaşda olan qadınlar makiyajda əsas diqqəti yaxşı tonal kremə, göz və kirpiklərə yönəltməlidir. Bu tip makiyaj qüsurları gizlədir.

Saç düzümü

Saçlar qısa olmamalı,imicə uyğun seçilməli və açıq rəngə boyanmalıdır. Heç olmasa, həftədə bir dəfə saç diblərini bərkdən sarımsaq əsaslı maskalardan istifadə edilməlidir.

Qidalanma və idman

Bu yaşda olan qadınlar artıq çəkidən əziyyət çəkdikləri üçün multivitamin kompleksi həblər qəbul etməli, kök, yumurta, qarğıdalı dənələri, üzüm yeməli, yatmazdan əvvəl çobanyastığı çayı, süd içməli, yuxuya xüsusi diqqət etməlidir. Mütəmadi olaraq, idmanla, məşğul olmaq bədən əzələləri tonusunun qorunmasına yardım edər. Trenajor və yoqa qadını stressdən qoruyar.

40 yaşdan sonra…
Gözəllik hələ də qorunur.

Düğün qidalanma
Bu yaşda sümüklərə diqqət yetirmək lazımdır. Kalsiumla bol olan süd məhsulları, zeytun, bitki yağı və fındıq yemək sümükləri bərkidir. Meyvə və tərəvəzləri də unutmayın. Onlar damarlardardakı xolestrini azaldır.

Kosmetika və makiyaj

Bu yaşda liftinq, qırışları hamarlaşdıran krem və pillinqlər etmək mütləqdir. Əsas qulluğu isə gözətrafına yönəltmək lazımdır. Krem və gelləri təkcə üzə yox, dekolte bölgəsinə də çəkmək lazımdır. Kirşan bu yaşda birinci qadağan olunan vasitədir. Daha yaxşı olar ki, duru tonal kremlərdən istifadə edəsiniz. Bu yaşda dodaqlar solğun olur. Ona görə də, dodaqları dodaq parıltısı ilə boyamaq məsləhətdir.
Bədənə qulluq etmək üçün fitneslə məşğul olub, sinəyə və aşağı ətraflara mum tərkibli kremlər sürtmək lazımdır.

 

Şərh yoxdur

şərhini yaz