a
Hava:
14 C
clear sky
Baku
humidity: 77%
wind: 2 m/s SE
H14 • L14


Uşaqlıq boynunun eroziyası ən çox rast gəlinən ginekoloji xəstəliklərdəndir və uşaqlıq boynu selikli qişasının defekti olaraq üzə çıxır. Həqiqi eroziyaya nadir
hallarda rast gəlinir və qısa müddətdə-təxminən 10-14 gün müddətində sağalır.
Eroziya adətən başqa bir patologiya – “uşaqlıq boynunun eroziyası” termini ilə adlandırılır. Normada uşaqlıq boynunun uşaqlıq yoluna baxan hissəsi çoxqatlı
yastı epitellə örtülü olur. Uşaqlıq boynu kanalının selikli qişası isə təkqat silindirik hüceyrələrdən ibarətdir. Bir
sıra patoloji faktorların təsiri nəticəsində bu iki selikli qişa növünün kəsişdiyi sərhəd yerini dəyişir və silindirik
hüceyrələr uşaqlıq yoluna tərəf inkişaf edir. Vaginanın turş mühitinin və orada yaşayan mikroorqanizmlərin silindirik epitelə təsiri xroniki iltihabın inkişafına səbəb olur. Məsələ burasındadır ki, silindirik epitelin çoxqatlı yastı epitel kimi qoruyucu xüsusiyyəti yoxdur və həmin qat servikal kanala və uşaqlığın boşluğuna mikrobların keçməsinin qarşısını ala bilmir. Həmin defekt tibbi dildə ektopiya, xalq arasında isə sadəcə olaraq “eroziya” adlandırılır.
Eroziyanın inkişafına səbəb olan amillərdən ilk növbədə uzaqlıq boynunun mexaniki zədələnməsi,
ümmunitetin zəifliyi, cinsi infeksiyalar, xüsusən də gental herpes və insan papilloma virusunu göstərmək
olar. Daha bir səbəb ağır doğuş və abortlar zamanı uşaqlıq boynunun cırılmasıdır.Əlamətləri çox olmasa da, patologiya özünü qarının aşağı hissəsində ağrılar hissəsində ağrılar, cinsi əlaqədən sonra az miqdarda qanlı və bulanıq ifrazatın olması ilə göstərir. Bir çox hallarda eroziya ginekoloqun baxışı zamanı təsadüfən aşkar edilir. Dioqnozu dəqiqləşdirmək üçün kolposkopiya müayinəsindən keçmək lazımdır. Kolposkopiya- 25-30 dəfə böyütmək qabiliyyəti olan optik cihazla uşaqlıq boynuna baxılmasıdır. Ginekoloq
həmin müayinə zamanı dəyişikliyə uğramış hissədən biopsiya materialı götürə bilər. Biopsiya menstruasiyanın
5-7-ci günündə aybaşıdan dərhal sonra aparılır. Materialın götürüldüyü vaxt uşaqlıq yolunda iltihabın olması yolverilməzdir. Ona görə də qaşınma və ya ifrazatdan şikayəti olan xəstəni əvvəlcə müalicə etmək,daha sonra bioptat götürmək lazımdır. Həmin müayinələrlə yanaşı qadın cinsi infeksiyalara görə yoxlamaq tövsiyə olunur. Uşaqlıq boynunun eroziyası
güclü əlamət verməsə də, müalicə olunmalıdır. Eroziyauzun müddət müalicə olunmadıqda uşaqlıq boynunun hüceyrələri geriyədönməz dəyişikliyə məruz qala və bədxassəli prosesə çevrilmək ehtimalı arta bilər.
Qadın tam müayinə olunduqdan sonra müalicəyə başlaya bilər. Qadın gələcəkdə ana olmağa hazırlaşırsa, müalicə müddəti metodu daha diqqətlə seçilməlidir.

©Umayclub.com

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz