a
Hava:
11 C
clear sky
Baku
humidity: 66%
wind: 4 m/s NNE
H11 • L11
HomeFitnes31 addımla pəhrizsiz arıqla

31 addımla pəhrizsiz arıqla

31 günə pəhrizsiz arıqlamağın yolları

Bir ay ərzində ideal bədən quruluşuna sahib olmaq mümkündür. Əsas məsələ qaydalara düzgün əməl etməkdir

1-ci gün
Gündəlik tut
Gündəliyə qida rasionununu yaz. Amerika alimlərinin apardıqları müşahidələr göstərib ki, səkkiz həftə ərzində gündəliklə qeydiyyat aparan qadınlar pəhriz saxlamadan ən az 2 kq. arıqlayıblar.

2-ci gün
Sellüloz ye
Sellüloz qanda şəkəri sabitləşdirici və bağırsaqları təmizləyir. Kəpəkləri qatığa və ya sıyığa, paxlaya, noxuda, salata əlavə et.
Axşam yeməyinə isə iki ədəd qaynadılmış kartof ye.

3 – cü gün
Sona kimi yemə. Əgər qabda qoyduğun qidaların 80%- ni yeyəcəksənsə, sən avtomatik olaraq 350 kaloriyə qənaət etmiş olacasan.
Bu isə ildə 8 kq.-a bərabərdir.Yeməyin qalanını atmaq vacib deyil. Sadəcə onu konteynerə qoyub daha sonra yeyə bilərsən.

4-cü gün
Səhər yeməyini unutma
Yuxudan oyanandan bir saat sonra 350-500 kilokalori miqdarında qida qəbul et: omlet, sıyıq, taxıl çörəyi. ABŞ- ın insan cəkisini tənzimlənmə üzrə tədqiqatları sübut ediblər ki, səhər yeməyini yaxşı yeyen insanlar günorta və axşam çox yemirlər.

5-ci gün
Rəfiqə tap
Siqareti atmaq, qidadan imtina etmək kompaniyada daha rahatdır. İnternetdə çox sayda ünvanlar var ki, arıqlamaq istəyən qadınlar öz təəssüratları barədə həmcinsləri ilə bölüşə bilirlər.

6 – cı gün
Tez – tez qidalan
Qidalar arasında böyük fasilələr vermək orqanizmi qorxudur. Nəticədə, orqanizm ikiqat qida tələb edir. Rasionu 350 kilokalori olmaqla, ya beş yerə, ya da 500 kalori və üstəgəl 100 kalori qəlyanaltı olmaqla üç yerə böl. Yarıtox vəziyyətdə olduğun halda peçenye və ya şokolad səni yoldan çıxara bilməz.

7-ci gün
İstəyini idarə et
Nəyisə yeməmişəm əvvəl çeynəmə istəyi 10 ballıq şkala üzrə qiymətləndir (1- ” canavar kimi” ac, 10 tamamilə tox). 4-5 baldasansa, onda qəlyanaltı et. Əgər balın 6-8 arasıdırsa, onda başını qat, rəfiqəmə zəng et və ya gəzintiyə çıx.Gəzinti gün ərzində topladığın kaloriləri yandırmağa kömək edəcək.

8-ci gün
Daim hərəkətdə ol.
Hər gün nahar vaxtı 30 dəqiqə cəld yetişlə gəz. Bunun üçün bir bəhanə fikirləş: bir paket şirə almaq üçün iki küçə aralıda yerləşən dükana, ya da jurnal almaq üçün metroya qədər get.
Bu yolla qazandığın kaloriləri yandıracaq və maddələr mübadiləsini sürətləndirəcəksən.

9- cü gün
Etiketləri təhlil et.
Aldığın bütün hazır məhsulların və yarımfabrikatların tərkibini öyrən. Diqqət yetir, ilk baxışdan xeyirli görünən yoğurtların tərkibində çoxlu kalori ola bilər, bəzi pendirlər də yağlılığın dərəcəsi 60%-ə çatır, dondurulmuş tərəvəzlərin qarışığına isə marqarin qatılır.

10-cu gün
Çoxlu zülal qəbul et.
Piyi yandırmaq və karbohidratları həzm etmək üçün orqanizmə gündə 50 qram zülal lazımdır. Aşağı kalorili yoğurt, süd, balıq və toyuğun döş əti orqanizmi zülalla təmin edir.

11-ci gün
Yolüstü yemə
Tərkibi lazımsız kalori ilə bol olan snekləri (hətta fitnes-batonları yalnız yüksək əqil və fiziki yük zamanı qəbul etmək olar, hər 60 q. batonun tərkibində 300 kkal var ) almaq əvəzinə özünlə alma və armud götür.

12 – ci gün
Masa arxasında tələsmə
Beynə toxluq siqnalı qida mədəyə gedəndən 20 dəqiqə sonra çatır. Tez- tez yeyən insanların kökəlmək ehtimalı qidanı aramla çeynəyən insanlara nisbətən 2 dəfə daha çoxdur.

13 – cü gün
Təzə ərzaqlar yeyin
Nahar, axşam və ya səhər yeməyini bir boşqab meyvə və tərəvəzlə əvəz et. Onlar az kaloriyə malikdir mədədə böyük yer tutur.
Amerikalılar müəyyən ediblər ki, çoxlu meyvə və tərəvəz yeyən qadınlar artıq çəkidən 24% az əziyyət çəkirlər.

14 – cür gün
Çox yat
Az yuxu (7-8 saatdan az) iştahanın artmasına səbəb olur və aclıq hissini aradan qaldıran leptin hormonunun ifrazını azaldır. Xarici müşahidəçilər belə bir qənaətə gəliblər ki gündə beş saat yatan insanın kökəlmək riski normal yatan insana nisbətən 50% çoxdur. Odur ki, yuxuna fikir ver, az ye, amma çox yat. Nəticələr göz qabağında olacaq.

15- ci gün
Konfetləri quru meyvələrlə əvəz et
Ürəyin dadlı bir şey istəyir? Onda quru meyvə al. Onlar yağlı deyil, təbiidir və şirniyyata olan tələbatını ödəmək üçün əlverişlidir.Üstəlik möhkəm konsistensiya ya malik olduğundan, onları konfetə nisbətən daha çox çeynəmək olur. Lakin porsiyaya diqqət yetirməyi unutma.

16 – gün
Çoxlu qoz ye
Əsasən, veteranlara qoz yemək çox vacibdir: saçlar, dırnaqlar və dərinin bitki zülalına daha çox ehtiyacı var. Salatın içinə bir az badam əlavə et və ya bir ovuc yerfındığı ye.

17 – ci gün
Mayonezdən imtina et
İki xörək qaşığı əlavə edilmiş istənilən dietik yemək bel üçün gec partlayan bombaya çevrilə bilər (550 kkal). Əvəzində salatlara bitki və ya zeytun yağı əlavə et.

18 – ci gün
Rəfiqəndən nümunə götür
Göz qabağında qaməti bədən əla motivasiyadır. Sağlam həyat tərzi keçirən adamları müşahidə edərək, özün də bilmədən bu cür yaşamağı öyənəcəksən.

19 – ci gün
Sevimli yeməyin yağsız variantını seç.
Süd, pendir, ətdən tamamilə imtina etmə. Onlar həm kalium, kalsium vitaminləri ilə zəngindir. İnsanın cavan qalmasına kömək edir.

20 – ci gün
Boşqabı dörd hissəyə böl
Bir tərəfə toyuq və ya balıq, digər tərəfə isə qəhvəyi düyü, yaxud bərk buğdadan hazırlanmış makaron qoy. Yerdə qalan hissəsini iki kahı ilə doldur.

21 – ci gün
Təsəvvür et ki, arıqlamısan.
Xəyalına gətir ki, sən istədiyin bədən quruluşuna sahibsən. Fikrət paltarı əyninə geyin, kişilərin söylədikləri fikirləri təsəvvür et.

22- ci gün
Desert ye
Daim özünü əldə saxlamaq nəinki qeyri-mümkün, hətta mənasızdır: bu cür məhdudiyyət pəhrizin pozulmasına səbəb olur. Lakin unutma: həftədə bir dəfədən artıq pəhrizdən ayrılmaq ziyandır.

23 – cür gün
Gecə vaxtı mətbəxi qıfıllar
Yedin? İndi isə qabları yu, işığı söndür və səliqə ilə mətbəxin qapısını ört.

24 – cü gün
Televizoru söndür
Bostonda Harvard sağlamlıq mərktəbində aşkar ediblər ki, televizor qarşısında yemək yeməyi xoslayan insanların kökəlmə riski 23% dən çoxdur.

25 – ci gün
Çoxlu göyərti ye
Şüyüd, cəfəri, reyhan və rozmarin istənilən dadsız dietik yeməyə əla dad bəxş edəcək. Həmçinin, göyərtinin tərkibində çoxlu miqdarda əvəzolunmaz mikroelementlər var.

26 – cı gün
Qidadan əvvəl tərəvəz ye
İstənilən yeməyi böyük porsiyalı salat və ya yüngül təəvəzli şorbadan basla. Belə gözəl başlanğıcdan sonra sən yeyə biləcəyindən 10-15% az qida qəbul edəcəksən.

27-ci gün
Gündəliyi yoxla
İşə gedəndə əlini bir gündəliyinə atıb yoxla gör: bəlkə bu gün rəfiqənin ad günüdür və o, dadlı yeməklə bol qonaqlıq təşkil edəcək?! Vəssalam, bu günlük kalori mənbəyini aşkar etdin

28 – ci gün
Spirtli içkidən əl çək
Hətta iki kokteyl zahiri zahiri görünüşə mənfi təsir edir.

29 – cü gün
Stresdən azad ol
Əsəbi gərginlikdə olan orqanizmdə piylənmə prosesi getməyə başlayır. İşdə “aləm qarışanda”, yaxud şəxsi həyatında problemlər yarananda, sadəcə, bir fincan ətirli çay dəmlə, gözünü yumub öz-özünə de ki, bu da keçəcək.

30 – cü gün
Mətbəxdən çıx get
Yaxşı olar ki, qəbzləri doldurmaq, kart oynamaq və qonaqları qarşılamaq işini qonaq otağına saxlayasan. Yadda saxla: mətbəx kitab oxumaq və siyasi problemləri həll etmək yeri deyil.

31 – ci gün
Pəhrizi unut
Bir boşqab qızardılmış kartof yediyinə görə özünü qınama: rejimi pozduğun üçün günah hissi keçirmək bulimiyaya birbaşa yoldur. Pəhrizdən qısa fasilələr orqanizmi aldada bilər: o fikirləşəcək ki, heç kəs onu aclığa düçar etmək istəmir. Bundan sonra orqanizm piydən azad olacaq.

©Umayclub.com

 

Şərh yoxdur

şərhini yaz