a
Hava:
15 C
clear sky
Baku
humidity: 55%
wind: 7 m/s NW
H15 • L15
HomeSağlamlıq və gözəllikTibbi məlumatlarYuxuda narahatlıq yaradan səbəblər

Yuxuda narahatlıq yaradan səbəblər

Yuxuda narahatlıq yaradan səbəblər

Psixoloqların fikrincə, yuxuda eşidilən partlayış, göy gurultusu, çığırtı, ağlamaq səsi və s. oyanmaya səbəb olur. Səslər qəfildən eşidilir və bir neçə saniyə davam edir. Bu hallarda səslər vizual qıcıqlara, məsələn, ışığın alışması ilə müşayiət olunur.
Belə gur səslər nəticəsində nəinki yuxu pozulur, psixi pozulmalar və taxikardiyalar əmələ gəlir. Əvvəllər alimlər hesab edirdilər ki, yalnız yaşı 50- dən yuxarı olanlarda həmin patologiyaya təsadüf edilir. Lakin Vaşinqton Universitetindən olan doktor Brayan Şarpless bunun əksini sübuta yetirib. Onun sözlərinə görə, belə hallar gənclər arasında daha çox yayılıb.
Sorğu-sual edilən 211 tələbənin beşdə birində pozuntu əlamətləri azı bir neçə dəfə təzahür edib.Bu əsasən yıxılana anında baş verir. Görünür eşidilən səslər beyinin yuxu vəziyyətinə keçməsinə reaksiyadır. Ola bilsin ki, səsləri analiz edən neyronlar “yatmaq” əvəzinə hamısı birdən oyanır. Beyin isə həmin siqnalları uca səs kimi qəbul edir.

 

Şərh yoxdur

şərhini yaz