a
Hava:
17 C
clear sky
Baku
humidity: 77%
wind: 4 m/s SSE
H17 • L17
HomeMünasibətlərAna və uşaqUşaqlarda astma xəstəliyi

Uşaqlarda astma xəstəliyi

Uşaq astmasında və yaxud da digər adı ilə allergik bronxitdə təkrarlanan öskürək, xırıltı, xışıltı və nəfəs almada çətinliklər əmələ gəlir.
Əsasən yuxarı tənəffüs yolları infeksiyalarına bağlı ataklar olur. Bu atakların təkrarlayıcı olması, bronx genişləndirici dərmanların istifadəsindən sonra stabilləşmə yarada bilər. Ancaq bir müddət sonra yenidən ataklar ola bilər.
Allergik xəstəliyi olan uşaqların özəl qida rejimi və həyat tərzi olmalıdır. Obliqat – allergik qidalar rasionda olmamalıdır (şirniyyatlar, fast-foodlar, qazlı içkilər, kofe, şokolad, çərəzlər, ketçup, ədviyyatlar, sitrus meyvələri, bal və s)
Uşaqlar çirkli hava, ekoloji qeyri-təmiz, aşırı rütubətli ortamlardan uzaq tutulmalıdırlar. Uşağın yatağı yundan olmamalı, yatdığı otaqda xalça, palaz, otaq hava ətirləndiriciləri, “ayıcıq” tipli tüklü oyuncaqlar olmamalıdır.
Uşağlarda allergik diaqnoz necə təyin edilir.
Uşaqlarda astmaya səbəb olan allergiyanın hansı maddəyə səbəb olduğunu dəri testləri vasitəsi ilə müəyyən etmək mümkündür. Dəri testi ilə müəyyən edilə bilməyən 3 yaşdan aşağı uşaqlarda, allergik ekzeması olan xəstələrdə, antihistamin dərman içənlərdə isə qanda Spesifik İg E baxılmaqla diaqnoz təyin edilir.
Xəstəliyin müalicəsi ilə yalnız həkim məşğul olmalıdır. Qətiyyən özfəaliyyətlə məşğul olmayın! Düzgün aparılmayan müalicə bəzi hallarda hətta xəstəliyin özündən də zərərlidir. Bronxiti mütləq mükəmməl şəkildə müalicə etmək lazımdır. Əks halda, bu xəstəlik uşaqlarda tənəffüs orqanlarının ən qorxulu xəstəliyi olan pnevmoniyaya keçə bilər.
Şərh yoxdur

şərhini yaz