a
Hava:
17 C
few clouds
Baku
humidity: 72%
wind: 4 m/s S
H17 • L17
HomeQadın və ictimaiyyətDünyada tanınmış qadınlarİki cəbhədə döyüşən Petra Herrera

İki cəbhədə döyüşən Petra Herrera

Meksika İnqilabı ərəfəsində “soldaderas” adıyla tanınan qadın əsgərlər kişilərlə birlikdə döyüşə qatılmışdılar.
Petra Herrera da məhz bu qadın əsgərlərin ən tanınmışı idi.
Qadın əsgərlər bir çox zorakılığa məruz qaldığı üçün o cinsini gizlədərək, Pedro Herrera adı ilə vuruşurdu. İnanılmaz şücaət göstərmiş, liderliyi əlinə almış və cinsini çox gec açıqlamışdı. Qadın olduğunu etiraf etdikdən sonra onun hərbi rütbələri əlindən alınır,göstərdiyi şücaətlər gözardı edilir və tədricən orduda sıxışdırılır. Məhz buna görə də Herrera xidmət etdiyi ordudan ayrılaraq, 400 qadından ibarət ordu yaradaraq 30 may 1914-cü ildə ikinci Torreon döyüşündə iştirak edir. Onun özünə məxsus xüsusi döyüş taktikaları var idi.
Bir müddət sonra, onun qadın ordusu darmadağın edilir, Petra Herrera isə Chihuahua əyalətindəki bir yeməkxanada başqa bir qadın adı ilə casus olaraq işə işləməyə başlayır. Bəzi mənbələr onun Jimenez, Chihuahua bə ya Ciudad Juarezdə olduğunu söyləyir . Bununla birlikdə hər iki versiya razılaşır ki, bir gecə quldur dəstəsi sərxoş vəziyyətdə Petra Herreranın çalışdığı yeməkxanada ona hücum edib güllələyirlər. Hücumdan sağ qalsa da,az keçmədən aldığı yaralardan vəfat edir.

AynurA

Şərh yoxdur

şərhini yaz