a
Hava:
20 C
clear sky
Baku
humidity: 52%
wind: 6 m/s SSW
H20 • L20

Skolioz nədir?

Skolioz – onurga sütunun deformasiyası ilə xarakterizə edilən xəstəlikdir.Bir tərəfdən skolioz kosmetik defekt yaradır – xəstənin çiyinləri müxtəlif səviyyədə olur bel əyilir, skoliozun agır formalarinda donqar əmələ gəlir. Digər tərəfdən skolioz insanin muxtəlif orqan və sistemlərində (ürək-damar-nəfəsalma sistemi-onurğa beyni və s) agir pozulmalara səbəb olur.
Ağır formalarda skolioz yalnız cərrahiyyə üsulları ilə müalicə olunur. Skoliozun erkən aşkar olunması cox vacibdir. Erkən mərhələdə aşkar olunmuş skolioz cox ugurla mualicə olunur.
Lakin erkən mərhələlərdə onurğa sütunun əyriliyi gözə çarpmaya bilər.Hər bir valideyn onun uşağında skolioz olub-olmamasını özü təyin edə bilər.
Uşaq qabağa əyilir və siz uşağın belinə diqqətlə baxirsiniz….Skolioz zamanı uşagın belinin bir terefi (sag və sol) digər tərəfi ilə müqayisədə yuxarıda olur. Belə əyrilik hətta cüzi olduqda mutləq hekimə muraciet edin. Skolioz sürətlə inkişaf edə bilər və bir il ərzində usaqda donqar əmələ gələ bilər….
Bəzən valideynlər, uşaqlarının skolioz xəstəliyi olmasina baxmayaraq, həkim-ortoped əvəzinə, başqa həkimlərə müraciət edirlər. Bu isə düzgün deyil. Bu cür xəstələrlə yalnız həkim-ortopedlər məşğul ola bilər.
Şərh yoxdur

şərhini yaz