a
Hava:
23 C
clear sky
Baku
humidity: 38%
wind: 7 m/s SSE
H23 • L23
HomeMünasibətlərAna və uşaqYarımçıq doğulmuşların retinopatiyası (ROP)

Yarımçıq doğulmuşların retinopatiyası (ROP)

Yarımçıq doğulmuşların retinopatiyası (ROP)
ROP yəni Yarımçıq Doğulmuşların Retinopatiyası vaxtından əvvəl doğulan uşaqlarda yaranan, korluqla nəticələnə bilən önəmli bir xəstəlikdir. Vaxtından öncə doğulan uşaqların torlu qişa damarlanması başa çatmır yəni göz inkişafını tamamlamır və anormal damarlar yaranır, müalicə olunmadığı zaman isə torlu qişada qopma yaranır.
ROP zamanı yaranan torlu qişa qopmalarının korluq riski digər qopmalarla müqayisədə çox yüksəkdir.
Torlu qişa qopmasının yaranmasını önləmək üçün vaxtında lazer vəya iynə müalicəsi olunmalıdır.
31 həftədən öncə və 1500 qramdan aşağı çəkili doğulan uşaqlar mütləq göz müayinəsindən keçməlidirlər. Ağciyər və ürək-damar problemləri, infeksiya və digər yanaşı xəstəlikləri olan, uzun müddət küvezdə oksigen dəstəyi alan 35 həftəliyə qədər anadan olan uşaqlar da ROP riski olduğu üçün göz müayinəsindən keçməlidirlər. Torlu qişada damarlanma tamamlanana qədər xəstəliyin zona və mərhələsinə görə müayinə aralıqlarına qərar verilməlidir. Yarımçıq doğulsa da həyata tutunan bu körpələrin kor olmasına izin verməyək.
Qeyd: ROP, xəstəliyin ingilis dilindəki adının (Retinopathy Of Prematurity) baş həriflərinin birləşməsidir.
Şərh yoxdur

şərhini yaz