a
Hava:
24 C
clear sky
Baku
humidity: 38%
wind: 9 m/s SE
H24 • L24

Qaraciyərin serrozu nədir? 

Qaraciyərin serrozu nədir? 

Qaraciyərin serrozu təhlükəli xəstəlikdir.Müxtəlif orqanların, xüsusilə qaraciyərin ciddi morfoloji dəyişikliklərə uğraması ilə xarakterizə olunur.Serrozla əlaqədar dəyişikliklər qaraciyər parenximasında,öd yollarında,qan damarlarında və onların birləşdirici toxumalarında gedir.Serroz xəstəliyinin əmələ gəlməsində və inkişafında qaraciyərin hüceyrələrində gedən distrofik proseslər və bununla əlaqədar qaraciyər toxumasında baş verən dəyişikliklər mühüm rol oynayır.Yoluxucu xəstəliklər, spirtli içkilər, keyfiyyətsiz yeməklər serrozun əmələ gəlməsinə şərait yaradır.Əlverişli olmayan yaşayış tərzi,qida məhsulunda lazımi qədər şəkər,zülal və vitaminlərin olmaması da xəstəliyin inkişafına səbəb olan amillərdəndir.Serroz xəstəliyinə 45-60 yaşlı kişilər daha çox tutulur.

Əlamətləri

Qaraciyər serrozu özünü müxtəlif əlamətlərlə göstərir.Əksər hallarda iştahsızlıq,ürəkbulanması,qusma və qaraciyər nahiyəsində ağrılar baş verir.Xəstələrdə zəiflik, tez yorulmaq, iş qabiliyyətinin azalması halları nəzərə çarpır,dəri qaşınır.Xəstələr sürətlə arıqlayır, mədə və sinə nahiyələrində vena damarları genəlir, qarın boşluğunda maye toplanır, dil qırmızı rəngə çalır, barmaqlar nağara çubuğuna bənzəyir.Çox vaxt xəstə üşüyüb titrəyir,istiliyi olur,qaraciyər və dalaq böyüyür.Xəstəlik zamanı burundan,damaqdan qanaxmalar da müşahidə edilir.Xəstəliyin ağır forması zamanı ürəyin fəaliyyəti xeyli zəifləyir,qan təzyiqi aşağı düşür.

Şərh yoxdur

şərhini yaz