a
Hava:
14 C
clear sky
Baku
humidity: 67%
wind: 3 m/s SE
H14 • L14
HomeSağlamlıq və gözəllikTəbabətŞəfa verən yaşıllıqlar

Şəfa verən yaşıllıqlar

Şəfa verən yaşıllıqlar

Əməköməci: Tərkibində maldivin adında maddə çox güclü bir mikroböldürücüdür. Ağız boşluğu, ağ ciyər xəstəlikləri, mədə-bağısaq səpmələrində olduqca faydalıdır.

Gicitkən:Təzə yarpaqları ilə revmatizm xəstəliyində ayaqları döymək çox faydalıdır. Təzə yarpaqlarını 5-6 saat suda saxlayandan sonra şirəsini çəkib səhər ac qarına içmək bədən üçün çox şəfalıdır.

Təzə sarımsaq: Yaşıl sarımsaq tərkibinə görə baş sarımsaqdan çox-çox zəngindir. Çox güclü bir bakteriosid və şişlər əleyhinə təsiri vardır.

Qulançar: Qulançarın tərkibində zəngin U vitamini vardır. U vitamini mədə-bağısaq yaralarında, qastritlərdə, kolitlərdə çox faydalıdır. Qulançar hamilə xanımların çox sevdiyi yemək olmalıdır, çünki tərkibində zəngin fol turşusu vardır.

Cincilim: Tərkibində demək olar bütün vitaminlər var. Mədə-bağırsaq üçün olduqca faydalıdır, qaraciyərin dostudur desək, yanılmarıq. Bu bitkini mütləq uşaqlarınıza yedizdirin.

Yarpız: Yazın daha bir vazkeçilməzi yarpızdır. Yarpızı yığın, balaca-balaca doğrayın, yumurta ilə kükü bişirin və ya içdiyiniz çaya qarışdırıb için, çox yaxşı bir köpqovucudur. Bədəni rahatladır, əsəbləri sakitləşdirir.

Reyhan: Göyərti olmasına baxmayaraq həm də əla bir dərman bitkisidir. Yeməklərlə bir yeyilməsi yeməyi rahat həzmə verir, bağırsaqları çalışdırır, ürəyi qidalandırır. Tərkibində zəngin vitaminlər var, iştahı açır.

Şərh yoxdur

şərhini yaz