a
Hava:
4 C
mist
Baku
humidity: 93%
wind: 3 m/s NE
H4 • L4
HomeSağlamlıq və gözəllikQadın xəstəlikləriHamilə qadınları təşvişə salan- Tonus

Hamilə qadınları təşvişə salan- Tonus

Hamilə qadınları təşvişə salan- Tonus

Tonus – hamiləliyin istənilən vaxtı yarana biləcək hallardan biridir.

Bu diaqnozdan qorxmaq o qədər də lazım deyil, çünki bu diaqnoz demək olar ki, həkimlər tərəfindən hər ikinci hamilə qadına qoyulur və hamiləlik müşahidə altında saxlanılaraq normal keçilir.
Lakin o demək deyil ki, bu vəziyyətə çox yüngül baxıb onu nəzarətsiz saxlamaq lazımdır.

Qeyd edək ki, tonuslu hamiləlik nəticəsində düşüklər baş verə bilər və hamilə qadınlar körpələrini itirməklə üz – üzə qala bilərlər.
Tonus uşaqlıq yolunda baş verən gərginlik zamanı yaranır.

Tonusun baş vermə səbəbləri :

Hormonal problemlər

Toksikoz

Uşaqlıq yolunun quruluşunun düzgün olmaması

Döl və ana arasında olan qan rezus faktorunun tərs olması

Bağırsaqların fəaliyyətinin pozulması nəticəsində
Psixoloji problemlər

Hər hamilə qadın ilk növbədə özü – özünə diqqətli yanaşmalıdır. Hamilə qadın uşaqlıq yolunda olan hipertonusu və vəziyyətində olan ümumi bütün dəyişiklikləri xüsusi diqqətlə nəzərində saxlamalıdır və ən kiçik narahat olduğu halı həkimə bildirməlidir.

Qeyd: Əgər, USM zamanı tonus deyilibsə, mütləq həkimə müraciət etməyiniz tövsiyyə olunur.

 

Şərh yoxdur

şərhini yaz