a
Hava:
17 C
clear sky
Baku
humidity: 72%
wind: 2 m/s SSE
H17 • L17
HomeUmayClub.comTarixdə bu günQan qoxuyan rəqəmlər.

Qan qoxuyan rəqəmlər.

Mən hardayam, qadir allah, hardayam?
İçim zülmət, çölüm zülmət, dardayam.
Ətrafımda yalquzaqlar ulaşır,
Hara qədəm qoyuramsa, ayağım
Ölənlərin qanlarına bulaşır…

VƏTƏN OĞLU, iki əsrdən artıqdır ki, Rus imperiyasının ağuşuna atılmış erməni daşnak
faşistləri varlığımıza qənim kəsilmişlər. Yaşamaq haqqımızı belə əlimizdən almlşlar. Bizi-
Azərbaycan türklərini erməni-daşnak faşizminin erməni adıyla ifadə olunan, erməni
barbarlığının, erməni vandalizminin, erməni vəhşətinin günahsız qurbanlarına çevrilmişlər. Rus
imperiyasının himayəsi və havadarlığı altında misli görünməmiş qəddarlıqla etnik təmizləmə
siyasəti aparır, qətl törədir, ulu əcdadlarımızın min illər boyu uyuduqları tarixi torpaqlarımızı
işğal edirlər. Azərbaycan türklərinə qarşı yeridilən soyqırım siyasətinin tarixi əsrləri əhatə edir.
Bədnam, dənizdən-dənizə erməni dövləti qurmaq arzularını həyata keçirirlər. Utopik, uydurma
“Böyük Ermənistan” xülyasını mərhələ-mərhələ gerçəkləşdirirlər. Onlar bu gün də Azərbaycan
torpaqlarını qəsb etmək, etnik təmizləmə və qətliam siyasətlərini davam etdirməkdən əl
çəkmirlər. Neçə illərdi ki, Vətənimizin döyünən ürəyi olan Qarabağ torpaqlarını işğal altında
saxlayırlar. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazisində başqa
ölkələrdən köçürqülmüş ermənilər məskunlaşdırılıb. Bu gün minlərlə vətəndaşımız Azərbaycan
xalqının milli faciəsinin daşıyıcısı-dünya tarixində analoqu olmayan erməni-daşnaq faşizminin
XX əsrdə həyata keçirdiyi azərbaycanlıların əzəli torpaqlarından qovulması, etnik təmizləmə və
soyqrımı siyasətinin qurbanına çevrilməyə məruz qalmışdır. Bəşər sivilizasiyasında insanların
kütləvi qətliamı ilə tarixə yazılan soyqırım çox olub. Xatın, Xirosima, Naqasaki, Uqanda…
Amma onların içərisində Xocalı soyqırımı dəhşəti və qəddarlığı ilə fərqlənir. Öz miqyasına və
dəhşətlərinə görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri
qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Yaxın tariximizin
faciəli səhifələrindən biri Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olmuşdur. Çox
təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi düşdü. Bu hadisə XX əsrin ən
dəhşətli faciələrindəndir. Görünməmiş növbənöv amansızlıq, qəddarlıq və qətl faktları, öz
miqyası və üsulları ilə Xocalıda törədilən faciə dünyada və tarix qarşısında bir daha ermənilərin
xislətini bütün aydınlığı ilə ortaya qoydu. Xocalı faciəsi dünyanın qətl və qəddarlıq simvoludur.
Bu il dəhşətli gecədən 25 il keçir. Bütün Azərbaycan xalqı bu faciəni ürək ağrısıyla öz qəlbində
yaşadır. Hər bir azərbaycanlının qəlbində bu faciə XX əsrin faciəsinə çevrilib. ABŞ-ın “The
Middletown Press qəzeti: II Dünya müharibəsindən sonra Xocalı soyqırımını Avropada ən ağır
cinayət hesab etmək olar. Çünki XX əsrdə Xocalı üç dəfə-1905-1906, 1918-1920 və 1992-ci ilin
fevralında ermənilər tərəfindən yandırılıb.

1992-ci ilin fevralına kimi Xocalı 7 min əhali yaşayırdı. Neçə aylarla ermənilərin
həmlələrinə, hücumlarına mərdliklə dözmüşdü. Sabiq SSRİ Silahlı Qüvvələrinin 366-cı
alaylarının müdaxiləsi olmasaydı ermənilər bu miqyasda hücuma cəsarətlənməzdi, belə bir faciə
törədə bilməzdi. Erməni yaraqlıları xocalılara Xankəndi şəhərində yerləşdirilmiş sovet silahlı
qüvvələrinin 366-cı motoatıcı alayının köməkliyi ilə divan tutmuşlar. Bu alay 4-cü ordunun 23-
cü diviziyasdının tərkibinə daxil idi, 1985-ci ildə Gəncədən Xankəndinə köçürülmüşdür. Ştat
cədvəlində 1800 qulluqçu nəzərdə tutulsa da, 1992-ci ilin fevralına burada 630 nəfər, o
cümlədən 129 zabit və gizir (49 nəfər erməni idi) vardı 1991-ci ilin yazında alaya podpolkovnik

Yuri Zarviqorov təyin edilmişdi (Bu faktlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat
xidmətinin məlumatlarına əsasən götürülüb). Erməni silahlı dəstələrinin Xocalıya hücumu
şəhərin mühüm strateji əhəmiyyət kəsb edən coğrafi mövqeyi şərtləndirildi. 7 min nəfər əhalisi
olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa,
Əskəran-Xankəndi yollarının üstündə yerləşir. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və
qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalı faciəsi təsadüfi hadisə deyildi.
Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı
siyasətinə məruz qalmışdır. Soydaşlarımız tarixi torpaqlarından didərgin salınmış, qaçqına,
məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət
olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də
davam etmişdir. 1948-1953 cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya
olunararaq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi
torpaqlarında yaşayan 250 min azərbaycanlı doğma ata-baba yurdlarından qovulmuş, bununla da
Ermənistan monoetnik dövlətə çevrilmişdir.

Olmuşlara illər sonra baxdıqda görürük ki, şəhər dörd tərəfdən əhatələndikdən sonra artilleriya
və ağır texnikalardan davamlı güclü atəş açılıb. Az sonra ermənilər qəfil hücuma keçib.
Müdafiənin mümkünsüzlüyünü duyan əhali evlərini tərk etməyə məcbur olub. Səhər saat 6
radələrində şəhər işğal olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi bir neçə saat
ərzində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyublar. 8 ailə
tamamilə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq valideyinin birini itirib. 487 nəfər
şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Ermənilərin əlindən salamat qurtaranların çoxusu
soyuqdan donub. Xocalıda 1275 qoca, uşaq, qadın əsir götürülmüşdü. Onların xeyli hissəsi geri
qaytarıldı, əsirlərlə dəyişdirildi. Amma məlumatlarda bildirilir ki,onlardan 150 nəfərin taleyi
hələ də məlum deyil. Bu soyqırımdı. Bu soyqırımda həlak olanlar xalımızın milli azadlıqları
yolunda apardıqları mübarizənin qurbanları, şəhidləridir. Erməni hərbiçiləri amansızcasına
öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların
gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, dinc sakinləri diri-diri torpağa basdırmış
və yandırmışlar. Meyitlər üzərində insanlığa xas olmayan təhqiramiz hərəkətlər edilmişdir.
Azərbaycan xalqına qarşı misli görünməmiş, tükürpədici bu soyqırımı, kütləvi və amansız qırğın
aktı erməni qəsbkarlarlarının Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış
məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil,
bütün insanlığa qarşı irimiqyaslı cinayət idi. Onlar xalqımza qarşı sözün əsl mənasında genosid
planını həyata keçirdilər. (Qədim Yunan dilində olan “genos”-nəsil, kök, soy mənasını verən
sözlə, latın dilində “öldürürəm” mənasını “caedo” sözlərinin birləşməsi nəticəsində yaranan və
beynəlxalq hüquqda istifadə edilən “genosid” termini-Azərbaycan dilində “soyqırım” mənasını
verir) aktını törətmişlər. Xocalı soyqırımı zamanı yüzlərlə soydaşlarımızın həyatına son qoyuldu.
Bütöv bir şəhər məhv edildi. Günahsız insanlar ağır işgəncələrə məruz qalaraq isti ocaqlarından
didərgin düşdülər. Azərbaycanın əzəli torpaqları düşmən tapdağı altında qaldı. Amma faciənin
acı fəsadları bununla bitmədi: Xocalı soyqırımı Xocalıdan sonrakı xocalıların da taleyini
dəyişdi, onların yaddaşı kimi sonrakı həyatlarında da dərin izlər buraxdı. Xocalı adlı vətən dərdi
dünyaya göz açan körpələrin köksündə közü ilə bərabər boy atdı. Bir çox milli faciələrimiz
kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi ümummillilider Heydər Əliyevin
Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. 1994-cü ildə Ulu
Öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral-“Xocalı soyqqırımı günü haqqında” xüsusi qərar
qəbul etmişdir. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanır.

Böyük Öndər in 1997-ci il 25 fevral tarixi Sərəncamına əsasən, hər il fevralın 26-sı saat 17:00-
da Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1996-cı
ildə xocalılarla görüşən ümummillilider Heydər Əliyev bu facəsinin tarixin ən qanlı
səhifələrindən biri olduğunu qeyd etmişdir. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını uğurla
gerçəyə çevirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı
soyqırımının təfərrüfatlarının dünya içtimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət
nümayiş etdirir. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə
ucaldılmış, bu abidə Prezident İlham Əliyevin qayğısı ilə yenidən qurulmuşdur. Dövlətimizin
başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə birgə həmin abidənin önünə
gəlir, soyqırmı qurbanlarının xatirəsi yad edir. Prezident İlham Əliyev 2012-ci yanvarın 17-də
soyqırımın 20-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımının iyirminci ildönümü haqqında”
xüsusi Sərəncam imzalamışdır. Heydər Əliyev fondu da Xocalı soyqırımı haqqında faktların
dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və
təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində
aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun bu mövzuda çox sayda
nəşrləri, filmləri demək olar ki, dünyanın bütün ölkələrinə çatdırılmışdır. 2012-ci ildə Pakistan
Senatının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımının tanınması barədə qətnamə, Kolumbiya
Senatı da Xocalı faciəsinin xalqımıza qarşı soyqırımı olduğunu qəbul etmişdir. Elə həmin ildə
Türkiyə Böyük Millət Məclisinin Xarici işlər Kommissiyasında Xocalı faciəsinin 20-ci ildönümü
ilə bağlı keçirilən toplantıda bəyanat qəbul olunmuşdur. ABŞ-ın Texas ştatının Nümayəndələr
Palatası da Xocalı qətliamının 20-ci ildönümü ilə qətnamə qəbul etmişdir. Bu qətnamə Texas
qanunvericilərinin Xocalı soyqırımını il bağlı qəbul etdiyi ikinci sənəd idi. İlk sənəd isə 2011-ci
ildə qəbul edilmişdir. ABŞ-ın Massaçusets və Corciya ştatları da Xocalı soyqırımı ilə bağlı
Ermənistanı ittiham edən müvafiq sənədləri qəbul etmişlər. Bundan başqa ABŞ-yaşayan
azərbaycanlılar 2013-cü il yanvarın 25-də etibarən Xocalı soyqırımının tanınması, onun
qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə Ağ evin
rəsmi veb-səhifəsində “Biz xalqıq” bölməsində petisiya yerləşdirmişlər. Az vaxtda petisiya
dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atmışdır. Rumıniya Parlamenti
Deputatlar Palatasındakı Demokratik Liberal Partiyasının Parlament Qrupu da “Dağlıq Qarabağ
münaqişəsi”nə dair siyasi bəyanət qəbul etmişdir. Ötən illərdə Çex Respublikasının Parlamenti
də Xocalı soyqırımını rəsmən tanımışdır. Bununla da, Çex Respublikası Avropa İttifaqının
üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu
hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olmuşdur. Honduras Milli Konqresi də
Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul etmişdir. Cari ildə
Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu
sessiyasında 53 dövlətin parlament nümayəndələri də Xocalı faciəsinin soyqırımı kimi
tanınmasında həmrəylik ifadə etmişlər. Xocalı soyqırımından 25 il keçir. Təəssüf ki, insan
hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də
beynəlxalq miqyasda tam hüquqi qiymət verilməmişdir. Prezident İlham Əliyevin Xocalı
soyqırımı ilə bağlı qəbul etdiyi sənədlərdə XX əsrin sonunda dünyanın gözü qarşısında baş
verən, qəddarlığı və amansızlığı ilə Ermənistanın təcavüzkar siyasətinin ən qanlı səhifəsi olan
Xocalı soyqırımı kimi ağır cinayətə görə siyasi-hüquqi məsuliyyətin birbaşa Ermənistanın
zamankı və indikirəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşdüyü qeyd
olunur. Prezident İlham Əliyevin bu məsələdəki qətiyyətli, bu istiqamətdə gördüyü işlər
əminliklə deməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı

mövqeyini dəstəkləyəcəkdir. Erməni vandallarına, terorçularına və soyqırımı yürüdənlərə qarşı
ən təsirli mübarizə üsullarından biri tarixi həqiqətlərini üzə çıxarmaq, bu dəlil, bu sübutları bütün
dünyaya geniş səviyyədə çatdırmaqdır. Xocalı soyqırımı haqqında neçə-neçə əsərlər yazılıb,
yazılacaq da. Ermənistanın işğalı, erməni terrorçularının əməlləri beynəlxalq qanunlara əsasən
soyqırım xarakterlidir və cinayətkarlar cəzasız qalmamalıdırlar. Xocalı tarixə artıq şəhid şəhər
kimi daxil olunub. Bu şəhər həmişə yad edilməlidir. Od içində odlara qalanan bu şəhərin
faciəsinə dünya içtimaiyyəti, siyasətçiləri və beynəlxalq təşkilatlar göz yummamalıdırlar.
Təəssüf ki, özlərini sivil ölkələrin demokratik sakinləri adlandıranlar onun düzgün siyasi
qiymətini verməlidilər.

Bu gün Qarabağı geri qaytarmaq Azərbaycan varlığını, onun ərazi bütövlüyünü,
torpaqlarımızın toxunulmazlığını bərpa etmək, Azərbaycan dövlətçiliyinə əbədiyyət
qazandırmaq, Azərbaycanda separatizmin kökünü kəsmək haqqımızı kimsə əlimizdən ala
bilməz. “Qarabağsız Azərbaycan yoxdur!” deyənlər haqq yolundadır. Sarsılmaz Azərbaycan
dövlətçiliyinin keşiyindədirlər. Qarabağ uğrunda mübarizəmiz öz həllini tapmayınca mənəvi
yaralarımızın sağalacağından, fiziki şikəstliyimizin aradan qalxacağından hər hansı bir şəkildə
danışmaq olmaz. Nə qədər erməni-daşnaq faşizmi var, onun ideyalarını yaradanlar mövcuddur,
nə dinclik, nə sülh bizə qismət olmayacaqdır.

VƏTƏN OĞLU, Qarabağ bu gün bizim üçün Tanrı sınağı, qeyrət rəmzidir. Qarabağ
bizim yaşam pasportumuzdur. Qarabağsız Azərbaycan ruhsuz candır. Bu gün Qarabağ milli
qeyrət, milli mənlik, milli özünüdərk, olum-ölüm yolu, gələcək nəsillər qarşısında məsuliyyət
hissi deməkdir. Qarabağı unutsan, bu gününlə, sabahınla, varlığınla, həyatınla vidalaşmalı
olacaqsan. Bu gün səni məhv etməyi, varlığını tarix səhnəsindən silməyi qarşısına məqsəd
qoymuş erməni-daşnaq faşizmi ilə üz-üzəsən. Qarabağ uğrunda mübarizə aparmalısan. Bu
mübarizə sənin yaşamaq haqqın, həyat sevincindir. Qan yaddaşını oyat! Tarixdən ibrət dərsi
götürməyənləri tarix özü cəzalandırır!

Aynur Turan

Şərh yoxdur

şərhini yaz