a
Hava:
18 C
clear sky
Baku
humidity: 59%
wind: 2 m/s SSE
H18 • L18
HomeUmayClub.comTarixdə bu gün8 Fevral – Beynəlxalq Nənələr və Babalar Günüdür.

8 Fevral – Beynəlxalq Nənələr və Babalar Günüdür.

 

Bir çox Avropa ölkələrində “Nənələr və babalar” günü qeyd olunur. Fransada martın ilk bazar günü, İtaliyada oktyabrın ilk bazar günü, Estoniyada sentyabrın ikinci bazar günü, Polşada isə ayrıca nənələr günü (21 yanvar) və babalar günü (22 yanvar) qeyd olunur. 2008-ci ildən 8 fevral günü Beynəlxalq nənələr və babalar günü kimi qəbul olunub və bu təşəbbüsü həm YUNESKO, həm də Avropa Birliyinin mədəniyyət üzrə komissiyaları dəstəkləyib. Həmin gün yaşından asılı olmayaraq nənə və babası olan hər kəs onların ziyarətinə gedir. Azərbaycanın Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin rəhbəri Nəsrulla Nurullayev isə bildirib ki, Azərbaycan xalqının mentalitetinə uyğun olaraq yaşlı insanlara qayğı göstərməyi cavan nəsil hər zaman özünə borc bilir və “Nənələr və babalar” gününün təsis olunması bunun bir daha sübutu ola bilər. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da oktyabrın 1-i Beynəlxalq ahıllar günü kimi qeyd olunur, lakin nənə və baba olan insanlar üçün ayrıca bir gün qeyd etmək cavan nəslin onlara qarşı münasibətini daha da yaxşılaşdıracaq.

 

Şərh yoxdur

şərhini yaz