a
Hava:
20 C
broken clouds
Baku
humidity: 64%
wind: 8 m/s SSE
H20 • L20
HomeUmayClub.comTarixdə bu gün17 Yanvar Uşaq İxtiraları Günüdür

17 Yanvar Uşaq İxtiraları Günüdür

Daim axtarışda olmaq – uşaqların xüsusiyyətidir.
Onların tapıntıları böyüklərin də həyatını maraqlı, yaşayışını rahat edir.
Reallığı bacardıqları qədər olduğu kimi dərk edən uşaqlar təbiətdən ixtiraçıdırlar.
Hər il 500 mindən çox uşaq və yeniyetmə müxtəlif alətlər və oyunlar ixtira edir, robotlar və avadanlıqlar yaradır və təkmilləşdirirlər.
Böyüklərdən fərqli olaraq, uşaqlar ixtiralarını təmənnasız edir, mükafat gözləmirlər.
Çünki qəlbi təmiz, niyyəti saf varlıqlardır.
Böyüklərdən fərqli olaraq…
Hər il 17 yanvar tarixində dünyada Uşaq İxtiraları Günü qeyd edilir. Bu tarix məşhur amerikalı siyasətçi Benjamin Franklinin doğum günü ilə təsadüfən üst-üstə düşmür. 1718-ci ildə 12 yaşlı Benjamin balıq üzgəclərini xatırladan iki qəribə əşya ilə çimərlikdə peyda olur və ətrafdakıların iztehzalı gülüşlərinə baxmayaraq o gün hamıdan daha sürətli üzür. Üzgüçülük üçün ilk gərəkli əşyanı icad etmiş Franklin 15 yaşında dünyaya növbəti bir yenilik – yellənən kürsünü bəxş edir…
Bu cür ixtiraçı uşaqlar az deyil. Gəlin təəccüblənək:
Kalkulyator – Blez Paskal (18 yaş)
Su xizəkləri – Ralf Samuelson (18 yaş)
Super-sürətli smartfon adaptoru – Eyşa Kxare (17 yaş)
Okeanı tullantılardan təmizləyən qurğu – Boyan Slanq (17 yaş)
Batut – Corc Nissen (16 yaş)
Xərçəngi aşkarlayan test aparatı – Cek Andrak (15 yaş)
Xəz qulaqcıqlar – Çaster Qrinvud (15 yaş)
Qar arabası – Josef Arman Bombardye (15 yaş)
Brayl şrifti – Luis Bayl (15 yaş)
Hıçqırıqların müalicəsi üçün dərman – Mallori Kuveman (13 yaş)
Alyaskanın bayrağı – Benni Benson (13 yaş)
Zəng barədə xəbərdaredici proqram – Lavrenci Rok (13 yaş)
Kosmonavtlar üçün diş fırçası – Dmitri Reznikov (13)
Çoxfunksiyalı robot – Maksim Lema (12 yaş)
Çubuqlu dondurma – Frenk İpperson (11 yaş)
Yol nişanları barədə xəbərdarlıq sistemi – Nolan Lenardart (11 yaş)
Ağrısız sarğıçıxaran – Alana Myers (8 yaş)
Oyuncaq yük maşını – Robert Raç (6 yaş)
Avtomobili bloklayan cihaz – Vadim Xomiç (6 yaş)
Marketlər üçün uşaq avtomobilləri – Spenser Ueyl (6 yaş)

Oktay Səmədov,
Pedaqogika üzrə fəlsəfə doktoru dosent

Şərh yoxdur

şərhini yaz