a
Hava:
18 C
clear sky
Baku
humidity: 72%
wind: 2 m/s SSE
H18 • L18
HomeUmayClub.comTarixdə bu gün11 fevral Gülarə Cabbarlının doğum günüdür

11 fevral Gülarə Cabbarlının doğum günüdür

11 Fevral 1930-cu ildə — Görkəmli dramaturq Cəfər Cabbarlının qızı, filoloq, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Gülarə Cabbarlı Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib.
1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş “Cəfər Cabbarlı Mükafatı”nı, yazıçının əsərlərinin toplandığı “Mənim tanrım—gözəllik”, “XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu” adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət “Azad bir quşdum” adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri, “Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədri olmuşdur.
Gülarə Cabbarlı 2018-ci ildə 88 yaşında dünyasını dəyişmişdir.

 

Şərh yoxdur

şərhini yaz