a
Hava:
22 C
clear sky
Baku
humidity: 46%
wind: 8 m/s SE
H22 • L22
HomeSağlamlıq və gözəllikTəbabət“Bildiklərimiz və bilmədiklərimiz” – Ruhiyyə Məmmədova

“Bildiklərimiz və bilmədiklərimiz” – Ruhiyyə Məmmədova

Son zamanlar, xüsusilə tibb elminin yoluxucu xəstəliklərlə mücadilədə uzun müddət aciz qaldığı ümumbəşəri pandemiya dövründə insanların xalq təbabətinə üz tutduqlarının, bitkilərdən, təbii məhsullardan və el arasında geniş yayılmış müalicə üsullarından istifadəyə xüsusi maraq göstərdiklərinin şahidiyik.

 

Sağlamlığa təhlükə yaradan bir çox xəstəliklərdən qurtulmaq üçün ən effektiv üsullardan biri də hicamadır.

 

Sosialxəbər.az xəbər verir ki,bu sözləri

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova deyib.

 

O,qeyd edir ki, dilimizdə müxtəlif terminlərlə (“hacamat”, “həcəmət”, “hicam”) ifadə olunan hicama (ərəb dilində “sovurmaq” mənasında işlənir) insan orqanizmi üçün toksinlərin (zərərli maddələrin) vakuumlu küpələr (bankalar) vasitəsilə bədəndən xaric edilməsi ilə bağlı alternativ müalicə üsuludur.

 

Hicama zamanı mənfi təzyiq hesabına hiperemiya (doluqanlılıq) yaranır və həmin nahiyədə olan iltihablanmış (miqrasiya etmiş) leykositlər, toksinlərlə zəngin trombositlər (qan lövhəcikləri), çox aşağı sıxlıqlı lipidlər, yağlar və digər zərərəli maddələrlə dolu qan sorulub atılır.

Müasir tibb elmi, peşəkar mütəxəssislər tərəfindən ciddi qəbul edilməsə də, xalq arasında əsas müalicə metodlarından biri hesab edilən bu qanalma üsulundan geniş istifadə olunur. Uzaq keçmişdə bütün dünyada əsas müalicə metodlarından biri kimi tətbiq edilən qanalmanın faydasını müdrik insanlar çox yüksək qiymətləndirmişlər.

 

Dahi Hippokrat onun köməyi ilə bir çox xəstəliklərin müalicəsini mümkün hesab edir, bu üsulun insan sağlamlığı üçün faydalı olduğunu bildirirdi. Bu müalicə üsuluna hətta Misir papiruslarında rast gəlmək olar. Orta Şərqdə Əbu-Bəkr Əl-Razi, İbn-sina və Al-Zahravi, Çində Mavanqdui Silk kimi məşhur loğmanlar küpə terapiyasından geniş istifadə etmişlər. Dini mənbələrə əsasən, Məhəmməd Peyğəmbər (s.ə.s) hicamanın köməyi ilə baş ağrılarını müalicə edir və bu müalicə üsulunu çox yüksək dəyərləndirirmiş.

 

Orta əsrlərdə Avropada və Şərq ölkələrində geniş tətbiq ediən hicama sonralar uzun müddət ərzində haqsız olaraq unuduldu və yalnız qaraciyərin hemoxromatoz xəstəliyi zamanı istifadə olundu. Tibb elminin təmsilçiləri bu qanalma üsulunun insan orqanizminə faydasından daha çox təhlükəli fəsadlarından danışmağa başladılar.

 

Hicama ilə məşğul olanaların səriştəsizliyi və qeyri-peşəkarlığı da cəmiyyətdə bu müalicə üsuluna mənfi münasibətin formalaşmasına səbəb oldu.

 

Lakin son zamanlar bütün dünyada hicamaya olan maraq nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Alimlər hicamanın insan sağlamlığına olan təsirini ciddi şəkildə araşdırır və çox müsbət rəylərlə çıxış edirlər. Bu halda qanalma prosedurunun həkim göstərişi əsasında və ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilməsi vacib şərt kimi irəli sürülür. Eyni zamanda, hicamanın bir sıra xüsusiyyətləri hələ də kifayət qədər öyrənilməmişdir.

 

Mütəxəssislərin bir qismi bu qanalma üsulunun profilaktik məqsədlə ildə iki dəfə (yazda və payızda), müalicə məqsədilə ayda 2-3 dəfə, digərləri isə – ildə 4 dəfə, müalicə məqsədilə 10 gündən və ya 2 aydan bir tətbiq edilməsini tövsiyə edirlər – yanaşma fərqlidir.

Təəssüf ki, xalq təbabəti, dünya tibb elminin dəstəklədiyi müxtəlif növ müalicə üsulları, o cümlədən hicama haqqında nə ali məktəblərdə, nə də orta ixtisas məktəblərində tələbələrə məlumat verilmir, həkimlərimiz çox nadir hallarda qanalma üsuluna üstünlük verirlər və yalnız həvəskarlar hicama ilə məşğul olur və bəzən ciddi yanlışlıqlara yol vermiş olurlar.

Amerika alimi Bauer hicama üsulu ilə qanalmadan dərhal sonra orqanizmdən ziyanlı maddələrin xaric olunmasının 30-40% yeksəldiyini sübut etmiş, Fransa alimi Kantel hicamadan sonra insanın immun sisteminin xeyli fəallaşdığını vurğulamışdır. Tədqiqatçılar qanalmadan sonra qanın qatılığının 20-30% azaldığını və nəticədə damarlarda trombların əmələ gəlmə riskinin xeyli azaldığını aşkar etmişlər.

 

Hicamanı xalq təbabətinin effektli müalicəvi və profilaktik vasitəsi kimi dəyərləndirən mütəxəssislər onun qan hüceyrələrinin yenilənməsində, qanın zərərli maddələrdən təmizləməsində, immun sisteminin qüvvətlənməsində, qan dövranı və maddələr mübadiləsinin tənzimlənməsində, damarlarda trombların əmələ gəlmə riskininin azaldılmasında əhəmiyyətli rol oynadığını qeyd edirlər. Tədqiqatçıların fikrincə, hipertoniya, baş, əzələ və bel ağrıları, allergiya, müxtəlif növ dəri səpkiləri, yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri hicamanın göstərişlərinə aid edilir. Hicama damarlarda yığılmış xolesterinin, triqliseridlərin, lipidlərin, tromblaşma əmələ gətirən ölü hüceyrələrin, ağır metal duzların, sərbəst radikalların, infiltrat kütləsinin orqanizmdən xaric edilməsini təmin edir, revmatoid artrit, hipertoniya, şəkərli diabet kimi xəstəliklərin müalicəsində mühüm rol oynayır.

Hicamanın quru və yaş növlərinin tətbiq edildiyi məlumdur. Quru qanalma zamanı heç bir kəsik aparılmadan (qeyri-invaziv metod) küpə hər hansı nahiyəyə sovurucu qüvvə yaradaraq 3-7 dəqiqəlik qoyulur.

 

Yaş hicama zamanı vakuum hesabına dolu qanlılıq yaranır, küpə qoyulmuş nahiyələrdə kiçik steril kəsik aparıldıqdan sonra həmin yerlərə yenidən küpə qoyularaq sorulma vasitəsilə qan çıxarılır və atılır. Prosedur demarkasiya (yerin təyin olunması), sterilizasiya (təmizlənmə), skarfikasiya (kəsilmə), sorulma və sterilizasiya mərhələlərindən ibarətdir.

 

Bu qanalma üsulundan faydalanmadan öncə mütləq tibbi müayinədən keçmək, qan xəstəlikləri ilə bağlı həkimlə məsləhətləşmək vacibdir. Ürəyin işemik xəstəlikləri, kəskin anemiya, hemofiliya, hipotoniya, ağır ateroskleroz, açıq yaralar, sümük qırılması, dərin vena trombozu, infeksion xəstəliklər, hamiləlik və uşaqlıq qanaxmaları hicamanın tətbiqində əks-göstərişlərdir. Bu üsulu həm də azyaşlı və heraitrik (çox yaşlı) insanlara, xərçəng xəstələrinə tətbiq etmək məsləhət görülmür.

Hicama tibbi prosedurdur. Bu səbəbdən qanalma yalnız həkim məsləhəti ilə təyin olunmalı və ixtisaslı tibb işçiləri, mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Yalnız bu halda hicama sağlamlığımızın qayğısına qalmaqda bizə yardımçı ola bilər.

Şərh yoxdur

şərhini yaz