a
Hava:
20 C
clear sky
Baku
humidity: 49%
wind: 3 m/s N
H20 • L20
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıIlk qadın neft mühəndisi – Tahirə Tahirova

Ilk qadın neft mühəndisi – Tahirə Tahirova

Ilk qadın neft mühəndisi – Tahirə Tahirova

Bu xanım Azərbaycanın qadın nazirlərindən biri olmaqla yanaşı, ilk qadın neft mühəndisi də idi. O elə bir dövrdə doğulmuşdu ki, oxumaq istyəyənləri təqib edirdilər, savad arzusunda olanlar cahillər tərəfindən qətlə yetirilirdi, ziyalı xanımlara barmaqarası baxılırdı.

Tahirə Tahirova elə bir dövrdə fəaliyyət göstərmişdi ki, fəalların başı üzərində “domokl qılıncı” asılmışdı. Ən kiçik büdrəmə həyatı bitirməyə səbəb ola bilərdi. Lakin bütün bunlar onu savadlanmaq, irəli getmək və nailiyyətlər qazanmaqdan saxlaya bilmədi.

Bir xanım kimi uzaqlara getdiyi yolda daim təzyiqlərin hədəfi oldu. Amma dayanmadı, daim irəlilədi…

Tahirə xanım xatirələrində yazırdı ki, ilk vaxtlar ona çox çətin idi, çünki məədənlərdə, buruqlarda qadınlar yox səviyyəsində olduğundan kişilər onu öz kollektivlərinə qəbul etmək istəmirdilər.

Amma çox keçmir ki, Tahirə xanımın istedad və bacarığı kişiləri onunla barışmağa vadar edir: enerjili və qətiyyətli xarakterə sahib olan bu xanım onların etimadını və hörmətini qazana bilir.

Beləcə kişilərlə çiyin-çiyinə çalışmağa başlayır.Tələbə vaxtı tanış olduğu geologiya-miteorologiya elmləri namizədi Abdulla Bayramovla ailə həyatı qurur Tahirə xanım.

Azərbaycanın xanım naziri, həm də neft sənayesi üzrə təhsil alan ilk azərbaycanlı qadın Tahirə Tahirova öz tərcümeyi-halında yazırdı: “Mən gənc yaşlarımdan ictimai fəaliyyətlə məşğul olmağı sevmişəm.
İctimaiyyət və insanlar arasında olmaq, onların həyatına təsir göstərəcək müsbət və ən vacib sayılan qərarları qəbul etmək mənim üçün çox maraqlı idi.
Ailəmə vaxtım və imkanım çatan qədər diqqət göstərməyə çalışmışam. Baxmayaraq ki, mənim ömrüm daha çox siyasi hadisələrlə dolu aləmdə, fərqli insanlarla görüşlərdə, xarici səfərlərdə keçib, yaşadığım ömür payından narazı deyiləm. Çünki bütün bu etdiklərim sadəcə, xalqımın və millətimin rifahı, xoş gələcəyinə xidmət edirdi”.
Onun həyat və yaradıcılığı
1913 – 1991-ci illəri əhatə edib.

Şərh yoxdur

şərhini yaz