a
Hava:
15 C
clear sky
Baku
humidity: 67%
wind: 8 m/s NW
H15 • L15
HomeQadın və ictimaiyyətDünyada tanınmış qadınlarSusqun heykəllərə sözünü deyən-Camille Claudel

Susqun heykəllərə sözünü deyən-Camille Claudel

Çoxları bu Fransız heykəltəraşı Camille kimi də tanıyır.

Uşaqlığında daş və palçıq kimi maddələrlə maraqlanmağa başlayan Camille, Academie Colarossi’də heykəltəraş Alfred Boucher ilə işləməyə başladı. O dövrdə École des Beaux-Arts’da (Paris Gözəl Sənətlər Akademiyasında) qadınların təhsil alması mümkün deyildi. 1882-ci ildə Claudel, çoxu İngilis olan və aralarında Jessie Lipscomb’un da olduğu bir qrup gənc qadınla bir atelye kirayəyə götürdü. O, 1883-cü ildə, bu qrupa heykəltəraşlıq dərsi keçən Auguste Rodin’le tanış oldu. 1884-cü ildə Rodinin atelyesində işə başladı və onun ilham qaynağı, modeli, yoldaşı və bir müddət sonra sevgilisi oldu. 1903 – cü ildə onun əsərlərinin sərgisi keçirildi. Yazar və sənət tənqidçisi Octave Mirbeau onun bir dahi olduğunu söyləyirdi. Daha sonra Anguste ağlını itirir və bir çox əsərini parçalayaraq yox edir. Və Rodinini onun fikirlərini oğurlamaqla və öldürmək istəməsiylə günahlandırır. 1913 – cü ildə o dəlixanaya yatırılır və 30 il orada yaşadıqdan sonra 1943-cü ildə həyatını itirir.

Bu qadın Təxminən özünün 90 ədəd heykəlini, eskizlərini və şəkillərini yox etmişdir.

Henrik Ibsen, 1899-cu ildə yazdığı son əsəri Biz Ölülər Oyanıncada Rodinin Claudele ilə əlaqəsindən söz edib.

1951-ci ildə, Paul Claudele Rodin Muzeyində bir sərgi təşkil etdi. 1984-cü ildə Camillenin işlərindən ibarət geniş bir sərgi açıldı.

1980-ci illərdə onun bir çox bioqrafiyası yazıldı.

“Bir ovuc torpağı yoğurmağı belə bilməyənlər
Duyğusuz yavan insanlar, Bu mənim ruhum ən müqəddəs varlığım…
Bunlar iş saatlarım. Ruhumun yandığı saatlar.
Siz yeyib içərkən, lağ edərkən, mən heykəlim ilə yalnız idim..
Və yavaş-yavaş axan mənim həyatımdı…
Bu torpağın dərinliklərinə qanımı axıdırdım… (Camille Claudele)
Xanım Claudelenin həyat və yaradıcılıq fəaliyyəti 1864-1943- cür illəri əhatə edir.

Fatima

Şərh yoxdur

şərhini yaz