a
Hava:
27 C
clear sky
Baku
humidity: 24%
wind: 6 m/s SSE
H27 • L27
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAzərbaycan qadın alimlərin faizinə görə dünyada üçüncü yerdədir.

Azərbaycan qadın alimlərin faizinə görə dünyada üçüncü yerdədir.

“The Weston Forum” bu barədə UNESCO-nun məlumatlarına istinadən xəbər yayır.

Azərbaycanda qadınların elmdəki payı 59 faiz təşkil edir.

Elmdəki qadınların nisbəti baxımından lider 75 faizlə Myanmadır, onu 62 faizlə Venesuela müşayiət edir.

Azərbaycandan sonra 57 faizlə Monqolustan və 56 faizlə Tunis gəlir.

Sayca ən az qadın alim Cənubi, Qərbi Asiyada (19 faiz) və Şərqi Asiya, Sakit Okean regionundadır (24 faiz).

Avropa elmində qadınların payı ortalama səviyyədən bir qədər yüksəkdir: Qərbi Avropada 33 faiz, Orta və Şərqi Avropada 39 faiz.

Avropadakı göstəricilər arasında Almaniya qadınların təxminən 28%-i ilə Fransa, Çexiya və Hollandiyanı qabaqlayaraq, axırdan dördüncü yerdədir.

UNESCO-ya görə, qadın tədqiqatçıların əksəriyyəti hər birinə 52 faiz düşməklə Şimali Makedoniya, Latviya və Litvadadır, onların ardınca 49-50 faiz qadın alimlərin olduğu Serbiya, Bolqarıstan və Moldova gəlir.

Hesabat göstərir ki, gender bərabərliyinə nail olmaq üçün göstərilən səylərə baxmayaraq, qadınlar elmdə az təmsil olunurlar. UNESCO-ya görə, 2016-cı ildə dünya üzrə tədqiqatçıların təxminən 30 faizi qadınlar olub.

©Oxu.az

Şərh yoxdur

şərhini yaz