a
Hava:
14 C
clear sky
Baku
humidity: 88%
wind: 3 m/s SE
H14 • L14

Çantalar

Qadının ən yaxşı dostu -ÇANTA

Çanta seçimi əsl dost axtarışına bənzəyir: o tək, özünə uyğun olmalıdır.Axı o, qadını hər yerdə müşayiət edir. Elə olmalıdır ki, həm onunla rəsmi qəbulda görünməkdən utanmasan, hem məşhur ulduzun konsertində göz qamaşdıran. Onu həm qısa donla, həm də adi sviterlərlə götürmək mümkün olsun.
Çanta sadəcə, içinə əşya yığmaq üçün deyil. O, obrazı tamamlayır və ətrafdakılara zövq nümayiş etdirir. Saatınızı və ya mobil telefonunuzu evdə unuda bilərsiniz, amma çantanızı əsla!

Çanta haqqında:
Çanta böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar.
Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərləri muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir.
Çanta mənasına yaxın olunan sözlər bunlardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil və s.
Eyni zamanda texnologiyanın inkişafı ilə və yeni fəaliyyət sahələrinin yaradılması yeni-yeni çanta modellərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizdə adətən başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s.

Çanta öz sahibəsi haqqında çox söz deyə bilər:
*Dəbdə olan çantalar sahibəsinin dəblə ayaqlaşdığından xəbər verir.
*Böyük çantalar sahibəsinin işgüzar qadın olmasından xəbər verir.
*Kiçik həcmli və zərif çantalar isə sahibəsinin hər işdə səliqəni sevməsindən xəbər verir.
Çanta alarkən bir məqamı qaçırmamaq gərəkdir.
Çanta nə qədər rəngli və orijinal olarsa, bir o qədər dəbdən tez düşəcək. Çantanı bir mövsümlük almayan kəslər buna diqqət yetirməlidirlər. Eyni zamanda bu çanta sizə nəyə görə lazım olduğuna qərar verin. Rəngini, ölçü və keyfiyyətini nəzərə alın.
Rəng olaraq, çalışın neytral rənglərə üstünlük verəsiniz (ət rəngi, qara və ağ ). Klassik variantda çanta ilə ayaqqabının rəngi uyğun gəlməlidir, amma buna riayət etmək bir o qədər də vacib deyildir.
Çanta alarkən əsas məqamı yadınızda saxlayın: – çanta xoşunuza gəlsin.

 

Şərh yoxdur

şərhini yaz