a
Hava:
26 C
clear sky
Baku
humidity: 31%
wind: 5 m/s SSW
H26 • L26
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıQuba Pedaqoji Texnikumunun yaradıcısı – Badisəba Köçərli.

Quba Pedaqoji Texnikumunun yaradıcısı – Badisəba Köçərli.

1881 —Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Mustafa ağa qızı Vəkilova Qazax qəzasının Salahlı qəryəsində anadan olmuşdur. Onun qardaşları Məmməd ağa və İsmayıl ağa Qori Müəllimlər Seminariyasında şuşalı Firidun bəylə birgə oxuyurdular. 1897-ci ildə tələbə dostları ilə birgə Salahlıya gələn Firidun bəy Badisəba xanımla ailə qurmuşdur.
Firidun bəy Qoridə müəllim işləyəndə Badisəba xanımın təhsili ilə fərdi məşğul olmuş və onun maarifçi-qadın kimi yetişməsində böyük zəhmət çəkmişdir. Badisəba xanım öz xərcilə 1918-ci ildə Qazaxda “Yetim və qaçqın uşaqlar evi” açmışdır. 1920-ci ilin iyun ayında bolşevik-daşnaklar tərəfindən Gəncədə güllələnən Firidun bəydən sonra Badisəba xanım onun maarifçilik fəaliyyətinin davamçısı olmuşdur. Bakı Pedaqoji Texnikumunda müəllim işləyən Badisəba xanım həm də pedaqoji institutda ali təhsil almışdır.
1925-ci il mayın 1-də Maarif Komissarlığının əmrilə Badisəba xanım Köçərli Zaqatalaya göndərilmiş və orada ilk dəfə Pedaqoji Texnikum təşkil etmişdir. 1929-cu ildə isə Quba Pedaqoji Texnikumunun yaradıcısı olan bu fədakar qadın 1930-cu ildə Şəkidə 2 saylı uşaq evinin də yaradıcısı və direktoru olmuşdur. Yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında Badisəba xanım Köçərlinin əvəzsiz xidməti var. Yorulmaz maarif xadiminin böyüməkdə olan balalarımıza təmannasız qayğısı əməkdar müəllim adı ilə, “Şərəf nişanı” ordeni və “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur.
Badisəba xanımın səmərəli xidməti mərhum yazıçı Hacıağa Cümşüdlünün “Badisəba” povestində və akademik Bəkir Nəbiyevin “Firidun bəy Köçərli” monoqrafiyasında öz əksini tapmışdır.
1954-cü ildə 73 yaşında Bakıda vəfat etmişdir.

Şərh yoxdur

şərhini yaz