a
Hava:
25 C
clear sky
Baku
humidity: 27%
wind: 9 m/s SSE
H25 • L25
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıDünyada yeganə miniatür kitab muzeyinin yaradıcısı və rəhbəri Zərifə Salahova

Dünyada yeganə miniatür kitab muzeyinin yaradıcısı və rəhbəri Zərifə Salahova

Dünyada yeganə miniatür kitab muzeyinin yaradıcısı və rəhbəri Zərifə Salahova
Zərifə xanım Salahova Azərbaycanın əməkdar mədəniyyət işçisi, Respublika Kitab Cəmiyyəti və Azərbaycan Qadınlarının Bakı Assosiasiyasının rəhbəridir. O, 1932-ci ildə Bakıda anadan olub.
1952-1956-cı illər M.F.Axundov adına APİ-mi bitirib. Bir müddət Xankəndi və Xaldanda müəllimlik edib.
1956-1958-ci illər Orta məktəbdə ibtidai sinif müəllimi rus dili və ədəbiyyatı müəllimi işləyib.
1958-1962-ci illər “Minqeçaurskiy raboçiy” və “Kommunist Sumqayıta” qəzetlərinin əməkdaşı olub.
1966-1967-ci illər Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühafizəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1966-1967-ci illərdə Sovet İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub.
1970-1981-ci illərdə Azərbaycan KP MK- min təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub.
1981-1993-cü illərdə Azərbaycan SSRİ Kitab Həvəskarları Könüllü Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.
1993-cü ildə “Kitab” Cəmiyyəti İdarə Heyəti sədridir.
2002-ci ildə Respublika Kitab Cəmiyyətinə və Azərbaycan Qadınlarının Bakı Assosiasiyasına rəhbərlik edir.
“Şöhrət’ ordeni ilə təltif olunub.
Hazırda İctimai Televiziya Yayım Şurasının üzvüdür.
Zərifə xanım Salahovanın dedikləri: “Təxminən 30 il əvvəl Moskvada İ.A.Krılovun təmsillərinin kiçik formatlı nəşri ilə tanış oldum. Kitabı ilk dəfə əlimə aldıqda çox heyrətləndim. Bu tanışlıq məni miniatür kitab nəşri işinə təşviq etdi.O vaxtdan SSRİ- min müxtəlif şəhərlərinə, dünyanın müxtəlif ölkələrinə səfərim zamanı kitab və bukinist mağazalarına gedir, kolleksiyaçılarla mütləq görüşürdüm.
Bəzən də xarici ölkələrə səfər zamanı mini kitablar alırdım.
İlk miniatür nəşrləri mənə Zinoviy Gerdt, Orest Vereyski, Rimma Kazakova, Vladimir Tsvetot, Aleksandr Dolski kimi məşhur mədəniyyət xadimləri Leninqrad, Moskva, Perm şəhərlərinin tanınmış mini kitab kolleksiyaçıları bağışlamışdır.
Əlbəttə ki, doğma qardaşım dünya şöhrətli rəssam Tahir Salahov da bu işdə mənə kömək edirdi”…
Şərh yoxdur

şərhini yaz