a
Hava:
15 C
clear sky
Baku
humidity: 63%
wind: 5 m/s SSE
H15 • L15
HomeSağlamlıq və gözəllikMütəxəssis rəyiPiylənməylə bağlı sualların cavabı

Piylənməylə bağlı sualların cavabı

Qadınlar itirmək istəyr– çəkilərini

Qadın bütün gözəllikləri özündə birləşdirən ən ali və möhtəşəm varlıqdır. Onun gülüşü, toxunuşu, tərzi,
nazı belə heyranedicidir. Çünki qadın minadan gözəl yaradılmışdır. Gəl gör ki, illər keçib – yaş ötdükcə və
ya hər hansı bir xarici, ekoloji və s. faktorların təsirindən qadın gözəlliyinə xərər gələ bilir. Qadın
sağlamlığı, həyat tərzi, mühiti bu prosesi ləngidə və ya tezləşdirə də bilər.
Bəs elə isə qadın gözəlliyinini qorumaq üçün nə etməlidir?..
Bax, bu suallarla biz yola cıxıb mütəxəssis rəyini sizlərə çatdırmaq istədik…
Müsahibimiz Memorial Kininikin Endokrinologiya və metabolizma xəstəlikləri üzrə mütəxəssis Dr.Çiçək Məhərrəmovadır.
Çiçək xanım bizə qadınları ən çox narahat edən xəstəlikdən, piylənmədən söz açdı. İstədik ki, bu əsas
məsələni sizlərin də nəzərinə çatdıraq. Elə isə Çiçək həkimə müraciət etdiyimiz suallara qulaq verin.

–Çiçək xanım, qadınları narahat edən ən önəmli məsələlərdən biri artıq çəkidir. Bu problem yalnız
Azərbaycan qadınının problemidir, yoxsa artıq bunu qlobal xəstəlik adlandırmaq olar?

– Piylənmə qlobal miqyasdadır, belə ki, dünyada təqribən 1.4 milyarddan çox insan artıq çəkilidir və yarım
milyarddan çox insan piylənmədən əziyyət çəkir.
Piylənmə XXI – əsrin ən mühüm sağlıq problemi olub, get-gedə artmaqda və insan sağlamlığını təhlükə
altında qoymaqdadır. Bütün dunyada olduğu kimi, ölkəmizdə də qadınlarda kişilərlə müqayisədə 1,5 – 2 %
daha çox rast gəlməkdədir.
Aparılan araşdırmalar göstərir ki, bu hal xüsusən qadınlarda mütləq həyat keyfiyyətinə və yaşam müddətinə
pis təsir etməkdədir.
Eyni zamanda bir çox sistemik, hormonal, metobalik, estetik, psixiki və cəmiyyət problemlərini də
bərabərində gətirməkdədir.

– Elə isə piylənmə nədir?

Piylənmə multifaktorial, yəni çoxsəbəbli xəstəlik olub, bədəndə anormal halda, yəni çox miqdarda yağ
toplanması ilə özünü büruzə verən bir xəstəlikdir.

–Piylənmə problemi kişi və qadınlarda hansı fərqliliklərlə olur? Qadınlarda bu fərqliliklərin əsas
səbəbi nədir?

-Səbəbləri əlbəttə, müxtəlifdir.

1. Hormonlarla əlaqədar olaraq qadınlar piylənməyə daha meyilli olurlar.

2. Qadınlarda fiziki aktivlik və idman, daha az olur. Bu baxımdan işləyən, xüsən də oturaq işi olmayan
qadınlarda piylənmə daha az rast gəlinir.

3. Yuxusuluq.

4. Qalxanvari vəz xəstəliklərinə qadınlarda daha çox rast gəlinir ki, bunlar da öz növbəsində
piylənməyə zəmin yaradırlar.

5. Qadınlarda doğuş, klimaks və s. piylənməyə səbəb ola bilirlər.

Bütün bunlardan əlavə onu da qeyd edim ki, qadın və kişilərdə fərqli tipli piylənmə olur. Bədəndə piy
miqdarının toplanması ilə bağlı olaraq.

Piylənmənin yaranmasına səbəb olan amillər çoxdur.
Bu hal xüsusən qadınlar üçün həyatın müxtəlif dönəmlərində, fərqli sahələrində özünü göstərməkdədir.
Piylənməyə səbəb olan amillər aşağıdakılardır:

1. Artıq və yanlış qidalanma vərdişləri
2. Fiziki aktivliyin azalması
3. Yaş, cinsiyyət, təhsil səviyyəsi,
4. Hormonal və metabolik səbəblər
5. Genetik meyillilik
6. Psixoloji problemlər
7. İstifadə edilən bəzi dərman preparatları- antidepressantlar, kortikosteroidlər və s.
8. Siqaret və spirtli içki qəbulu
9. Doğuş, doğuş yaşı və doğumlararası müddət
10. Sosial mədəni faktarorlar və qazanc durumu
11. Çox tez-tez aşağı kalorili pəhrizlərin istifadəsi və s.

Bunların hamısı piylənmənin baslıca səbəblərdir.

-Çiçək xanım, piylənmə qadınlar arasında hansı xəstəliklərə səbəb ola bilər?

-Qeyd etdiyimiz kimi piylənmə bir çox xəstəlikləri bərabərində gətirməkdədir. Ümumi olaraq piylənmə
metobalik sindrom, şəkərli diabet tip 2 və kardiovaskulyar xəstəliklərin yaranması üçün risk faktorudur.
Piylənmə və dolayısı ilə insulinrezistentlik qadınlarda PKOS (yumurtalıqların polikistoz sindromu) riskini
artırır və bununla bağlı aybaşı pozğunluqları, ovulyasiya və hamilə qalma faizini azaldır.
Abdominal piylənmə insulin səviyyəsinin artmasına səbəb olmaqda, bu da öz növbəsində androgenlərinləri
( kişi cinsi hormonları) artırmaqdadır.

Hiperandrogenizm aybaşı pozğunluğu, tüklənmə, ovulyasiyasız aybaşı tsikillərinə səbəb olur.
Artıq çəkili qadınların 30% də, piylənməsi olan qadınların isə 47% də aybaşı pozğunluğu olur. Piylənməsi
olan qadınlarda spontan ovulyasiyanın geri dönməsi üçün çəkinin itirilməsi ( idman, pəhriz, tibbi müalicə)
məsləhətdir.

-Çiçək xanım, çox təəssüf edici haldır ki, bəzən hamilə qadınlarda da piylənmə müşayiət olunur. Bu da
bəzən müxtəlif fəsadlara səbəb ola bilər. Bu haqda nə deyə bilərsiniz?

Hamiləlikdə piylənmə ana və uşaq sağlamlığına birbaşa təsir etməkdədir. Bu hamiləlikdə spontan düşüklər,
Hestosional diabet, hipertoniya (təzyiq) problemlərə yol açır. Bununla yanaşı uşaqlar tərəfindən
makrosomiya, yəni böyük döl və doğuş travmaları, xüsusən oynaq displaziyaları riski artır.

–Bəzi qadınların artıq çəkiləri onların həyati məsələləri ilə yanaşı, həm də psixoloji vəziyyətlərinə də ciddi
təsir göstərməkdədir. Bunlar nə kimi müşahidə olunur?

– Piylənmə hazırkı dövrün ən önəmli sağlıq problemi olub, sosial təzadlı munasibət və şəxsin artıq çəkisindən
ötrü utanması ilə bağlı özünəqapanmalar görülməkdədir. İnkişaf etmiş ölkələrdə aparılan araşdırmalarda
piylənməsi olan insanlar gündəlik həyatlarında sosial mənada bir çox çətinlik və maneələrlə
qarşılaşmaqdadırlar. Bu da onlarda mayor depressiv xəstəliklərdən ötrü risk faktoru olmaqdadır.

– Başlı-başına özü mühüm xəstəlik olan piylənmə özü ilə bərabərində daha hansı xəstəlikləri
gətirməkdədir?

-Araşdırmalarda və bu yöndə yazılmış tədqiqat yazılı ədəbiyyatlar piylənmənin qadın sağlamlığına bir çox
təsiri olduğunu göstərmişdir. Beləliklə, piylənmə və artıq çəki, diabet, ürək – damar xəstəlikləri, hipertoniya,
insult, infakt, osteoartrit, endometrial, süd vəzi, kolon xərçəngi ( bağırsaq xərçəngi) riskini artırır.
Qadınlarda qinikoloji problemlərin (sonsuzluq və problemli hamiləliklərin) riskini bərabərində
gətirməkdədir.

-Son olaraq “Umay” qadın saytına arzularınız və eləcə də saytın dəyərli izləyici xanımlarına
fikirlərinizi bilmək istərdik.

– Azərbaycan qadını yüksək ziyası və düşüncəsinə görə daim axtarışdadır. Yenilik, novatorluq isə daim
sevilən və qəbulediləndir. Bu baxımdan “Umay” sözün əsl mənasında Azərbaycan qadınına bəxş edilmiş
töhvədir desəm yəqin ki, yanılmaram. Saytda məlumat çoxluğu və rəngarəngliyi qəlb açandır. İnformasiya
bolluğu yaşadığımız bir dönəmdə əsasən düzgün və maarifləndirici məlumat olduqca dəyərlidir. Bütün
bunları bir ziyalı Azərbaycan qadını olaraq yüksək tutur və buna görə də “Umay” a öz növbəmdə
təşəkkürümü bildirirəm. Dünyanın bütün qadınlardan gözəl, gözəllikləri qədər də ismət və ziya sahibi olan
Azərbaycan qadınına isə bir xanım həkim olaraq, sağlamlıqlarının və gözəlliklərinin qayğısına qalmağı,
idman və digər gözəl vərdişləri, eləcə də tibbi mütailəni həyat tərzlərinə keçirməyi onlara töfsiyyə edirəm.

Biz də “Umay” saytı olaraq, dəyərli bilgiləri bizimlə bölüşdüyü üçün Çiçək xanım Məhərrəmovaya
təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq.

Aynur Turan

Şərh yoxdur

şərhini yaz