a
Hava:
22 C
clear sky
Baku
humidity: 43%
wind: 11 m/s NNW
H22 • L22
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAvropanın məşhur azərbanşünas alimi –İrene Melikof

Avropanın məşhur azərbanşünas alimi –İrene Melikof

Avropanın məşhur azərbanşünas alimi –İrene Melikof

Elmi tədqiqatının əsas mövzusu Azərbaycanın qədim tarixi və ədəbiyyatı idi. “Azərbaycan mədəniyyəti və sivilizasiyasını öyrənən mərkəz” in yaradıcısı və prezidentidir.

1917-ci ildə anadan olan İrene Melikof (İrən Məlikova) Strasburq Universitetinin professorudur.
O, neft sahibkarı, mesenant İskəndər bəy Məlikovun qızıdır.1905-ci il inqilabından sonra mədənlərini Nobelə satıb Peterburqa köçən İskəndər bəy burada Yevgeniya adlı rus qızı ilə evlənmiş və bir qızı dünyaya gəlmişdir. Rusiyada inqilab dalğasının yayıldığı illərdə ailəsini qorumaq üçün xaricə köçməli olmuşdur. Odur ki, İrene xanım Fransada məktəbə getmiş və Pais Universitetini bitirmişdir.

Elmlərə yiyələnməyə böyük həvəs göstərərək türk, fars, ərəb dillərində mükəmməl danışan bu qızın elmi tədqiqatının əsas mövzusu Azərbaycanın qədim tarixi və ədəbiyyatı idi.

1957- ci ildə doktorluq işini müdafiə etmişdir. “Danişmənde-dastani” , “Əbu Müslüm Xorasanı”, “Umur Paşa dastanı” kitablarını yazmışdır. Strasburq Humanitar Elmlər Universitetində türk dilləri və ədəbiyyatı sahəsində böyük xidmətləri olmuşdur.
1984-cü ildə “Azərbaycan mədəniyyəti və sivilizasiyasını öyrənən mərkəz” in yaranmasına Nail olaraq mərkəzin prezidenti seçilmişdir. Respublikamızda olarkən Bakı Dövlət Universitetinin fəxri professoru seçilmişdir.

Övladları Şirin, Nərgiz professor, Laden isə tərcüməçidir.

 

Şərh yoxdur

şərhini yaz