a
Hava:
20 C
clear sky
Baku
humidity: 64%
wind: 5 m/s SSE
H20 • L20
HomeSağlamlıq və gözəllikFaydalı məlumatlarOrqanizm üçün ən vacib 5 vitamin

Orqanizm üçün ən vacib 5 vitamin

Orqanizm üçün ən vacib 5 vitamin

Sağlam həyat üçün vitaminlər mütləqdir. Çünki orqanizmdə bir çox proseslər vitaminlərin iştirakı ilə gedir. Hər hansı bir vitamin çatışmazlığı olduqda sağlamlıq problemləri meydana çıxa bilir. Orqanizm əsas vitamin ehtiyacını xaricdən, qida vasitəsilə alır. Çox az sayda vitamin orqanizmdə sintez olunur. Bu səbəbdən vitaminlərlə zəngin qida maddələrinin qəbulu mütləqdir.

Qidalanarkən aldığımız bir çox vitamin bədənimizdə bir çox fəaliyyətə başlanmasına dəstək verir. Başqa sözlə, vitamin olmadan sağlam bir orqanizm haqqında danışmaq olmaz. Gündəlik həyatda orqanizmamız üçün 5 vacib vitamin var:

Vitamin A

A vitamin və ya retinol orqanizm üçün zəruri olan vitaminlər arasında ilk beşliyə daxildir. Ehtiyat halında qaraciyərdə toplanır. Uzun müddət tərkibində vitamin A olan qidaların az qəbulu çatışmazlığa səbəb olur.
A vitamini olan heyvani qidalar: Qaraciyər, süd, qoyun əti, toyuq əti, yumurta, balıq, qatıq, pendir, və.s

A vitamini olan bitki mənşəli qidalar: Brokoli, cəfəri, yerkökü, nanə, kartof, ispanaq, noxud, kahı, qreypfrut, qovun, pomidor …

VITAMIN B12

B12 vitamini bədənimiz üçün də vacib bir vitamindir. Faydaları qısaca xatırlatmaq istəsək, hüceyrələrin qocalmasının qarşısını alır, sinir hüceyrələrini bərpa edir, bədəni ürək-damar xəstəliklərindən qoruyur. Bədəndəki karbohidratları enerjiyə çevirir və yağları azaldır. Sağlam saçlar, dərilər və dırnaqlar üçün çox vacibdir. Çəki nəzarətini təmin edir, yorğunluq və halsızlığın qarşısını alır. Döş, bağırsaq və prostat xərçənglərinə qarşı qoruyucu təsir göstərir.

B12 vitamini olan qidalar: Ət və süd məhsulları, balıq, qabıq …

Vitamin C

Vitamin C insan orqanizmi tərəfindən ən çox tələb olunan vitaminlərdən biridir. Bədənimiz üçün

Faydaları:
Xərçəngdən qoruyur, əməliyyatdan sonrakı sağalma prosesini sürətləndirir, yaraları və yanıqları sağaldır. Damarlarda qan laxtalanmasını azaldır. Bakterial infeksiyaların qarşısını alır və immunitet sistemini gücləndirir.

C vitamini olan qidalar: Portağal, naringi, qreypfrut, limon, cəfəri, balqabaq, gül kələm, pomidor, ispanaq, yaşıl bibər, qarağat, çiyələk,

B9 vitamini

Fol turşusu olaraq da bilinən B9 vitamini ürək xəstəliklərinin, xərçəngin və doğuş qüsurlarının qarşısını almaqda olduqca vacibdir. Faydaları :
Hamiləlik üçün faydalıdır, xolesterolu azaldır, ürək sağlamlığını qoruyur, Alzheimer xəstəliyinin qarşısını alır, diabet üçün yaxşıdır və depresiyaya qarşı mübarizə aparır.

Tərkibində fol turşusu olan qidalar : Mərciməklər, yaşıl yarpaqlı tərəvəzlər, sitrus meyvələri, qulançar, böyrək lobya, brokoli, günəbaxan tumları, pomidor suyu, möhkəmləndirilmiş çörək və dənli bitkilər, yumurta.

VITAMIN D

Vitamin D kalsium və fosforun udulmasını sürətləndirərək sümükləri gücləndirməyə kömək edir və uşaqlarda sümük inkişafı üçün çox vacibdir.
Faydaları:
Əzələləri gücləndirir, döş və bağırsaq xərçəngi riskini azaldır, qan təzyiqini azaldır, immunitet sistemini gücləndirir, ürək xəstəliklərinin qarşısını alır.

D vitamini olan qidalar: D vitamini çox az qidada olur. Pendir, yağ, yağlı balıq, balıq yağı, yumurta, kartof. Bu səbəblə bədənin D vitamini ehtiyacını qarşılamaq üçün gün ərzində qısa gəzinti və günəş işığı almaq lazımdır.

Umayclub.com

Şərh yoxdur

şərhini yaz