a
Hava:
15 C
clear sky
Baku
humidity: 55%
wind: 7 m/s NW
H15 • L15
HomeSağlamlıq və gözəllikGözəllik siirləriAğ gil, qırmızı gil, bir də sarı gil…

Ağ gil, qırmızı gil, bir də sarı gil…

     Ağ gil, qırmızı gil, bir də sarı gil..

Gözəllik – estetkasının ən ümumi, ən geniş əhatə kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, istinasız olaraq bütün həyat və kainat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edir. Gözəllik həyatın hər dövründə qabuledilən və tərənnüm ediləndir. Biz qadınlar bütün növ gözəlliyin vurğunuyuq, xüsusilə estetik baxımdan…
Gözəl və ləkəsiz dəri qadın gözəlliyinin şərtlərindən biridir. Dərinin təbii gözəlliyini qorumaq üçün ən təsirli vasitələrdən biri də gildir, onun müxtəlif növlərinin tərkibində 40-a qədər mineral və vitamin var. Hələ qədim dövrlərdə xanımlar dərinin sağlam və təravətli görünməsi üçün gil maskalarından istifadə edirlər. Həmin maskalar sellülit, sızanaq, çivzə kimi dəri xəstəliklərində tətbiq olunur, dərinin rahat nəfəs alması və təmizləməsində böyük rol oynayır və qan dövranını yaxşılaşdırır.
Gil dəriyə qulluq edilməsi sahəsində ən etibarlı vasitələrdəndir, çünki tərkibində bakteriya saxlamır, toksinləri udur, zərərli mikrobları məhv edir, təmizləyir.
Təbiətdə kosmetik gilin müxtəlif növlərinə rastlanır və mineral tərkibindən asılı olaraq rənglərinə görə fərqlənir. Gilin rəng və tərkibi yerləşdiyi ərazidən fərqli olaraq ağ, sarı, qara, yaşıl, boz, mavi, qırmızı olur. Hər gilin özünəməxsus spesifik xüsusiyyətləri tibbi və kosmetoloji istifadə edilməsinə imkan verir. Təbii kosmetik gili aptek və ya kosmetika mağazalarında əldə etmək olar.

 

Ağ gil 

Ağ gilə kaolin də deyilir. Onun faydası barədə e.ə. IV əsrdə Hippokrat da bəhs edib. Elə həmin vaxtlardan ağ gil xanımların kosmetik maskalarının tərkibinə daxil olub. Kaolin silusium-oksid, sink və maqneziumla zəngindir, saçların tökülməsinin qarşısını alır. Nazik və zəif saçları möhkəmləndirir, regenerasiyanı sürətləndirmək xüsusiyyətlərinə malikdir, yaxşı antiseptikdir. Ağ gil solğun dərini canlandırır. Ondan mütəmadi istifadə etmək dəriyə elastiklik və hamarlıq bəxş edir, üz dərisini gümrah edir. Gilin rəngi nə qədər tünd olsa, dərinin yağlılığına, sızanaq və çivzələrə qarşı o qədər səmərəli təsir göstərir. Lakin çəhrayı çivzələr zamanı gildən istifadə etmək olmaz.

       Sarı gil

Sarı gil

Sarı gilin tərkibində çoxlu kalium və dəmir var. Dərinin oksigenlə təchiz olunmasını yaxşılaşdırır. Ondan müxtəlif iltihabi proseslər zamanı toksinlərin dəridən atılması üçün istifadə olunur. Canlandırıcı təsir göstərir, daha çox qarışıq tipli, solğun və qocalmaqda olan dəriyə uyğun gəlir. Üz dərisinin rəngini yaxşılaşdırır.

 

Qırmızı gil

Tərkibindəki dəmir və mis oksidləri ona qırmızı rəng verir. Qırmızı gil həssas, alergiyaya meyilli və tez reaksiya verən dəriyə daha çox uyğundur. Xarici təsirlərdən tez qızaran dərini təmizləmək üçün ideal vasitədir.

Boz gil

Boz kosmetik gil dənizin dərin qatlarından çıxarılır, nəmləndirici və tonuslandırıcı xüsusiyyətə malikdir.
Əsasən çox quru dərisi olanlar ondan istifadə edirlər. Dəriyə və orqanizmə dərin detoksikasiyaedici təsir
göstərir.


Mavi gil
Mavi gilin iltihab əleyhinə təsiri var, onun tərkibinə mineral duzlar və mikroelementlər daxildir. Adətən
yağlı üz dərisi olan xanımlar ondan istifadə edir. Mavi gil sızanaq və çivzələrin əmələ gəlməsinin qarşısını alır, dəridəki yaraların sağalma müddətini sürətləndirir. Üz dərisinin təmizlənməsi və yaxşılaşdırılması üçün əvəzsiz vasitədir. Dərini cavanlaşdırır, ona elastiklik və möhkəmlik verdiyi üçün ondan mimiki qırışların
hamarlanmasında istifadə edilir. Mavi gil həm də çil və piqment ləkələrinin rəngini açır. Problemli dəridəmütəmadi istifadə edildikdə, dizinfeksiyaedici təsir
göstərir. Hüceyrələrdə mübadilə prosesini və qan dövranını aktivləşdirir.

 


Qara gil

Qara gilin tərkibində stronsium, kvars, dəmir, maqnezium və kalsium var.Üz dərisini yaxşı təmizləyir. Zərərli toksinləri və dəri məsamələrində toplanmış çirki xaric etməkdə qara gilin əvəzsiz rolu var. Üzdəki məsamələrin yığılmasına müsbət təsir göstərir. Normal, yağlı və qarışıq üz dərisi üçün istifadə olunur.

 

Yaşıl gil
Yaşıl gil karxanalardan yığılır. Bir qədər nəm, tünd-yaşıl olur. Həmin rəngi ona tərkibindəki dəmir oksidi verir.
Kosmetikada geniş tətbiq sahəsi var. Yaşıl gildən həm maska əsası, həm də maskalara əlavə kimi istifadə edilir.
Tərkibindəki mikroelementlər dərinin hidrobalansını bərpa etməyə imkan verir, yüksək sorulma xüsusiyyətinə
malikdir. Yaşıl gil dəri kapliyarlarında qan dövranını yaxşılaşdırır, dərini hamarlayır,yağlı parıltını aradan qaldırır.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz