a
Hava:
25 C
clear sky
Baku
humidity: 36%
wind: 5 m/s SSE
H25 • L25
HomeYoqaYoqa günü

Yoqa günü

İnsanların yerinə yetirdikləri fiziki hərəkətləri və əmək vərdişləri üzrə sınaqlarını, döyüş və mübarizə növlərini – güləş, qaçış, tullanma, ağırlıqqaldırma, üzmək, avar çəkmək, ox atmaq, qılınc oynatmaq, nizə tullamaq və s. ilk idman növləri kimi qəbul etmək olar. Heç şübhə
yoxdur ki, bütün xalqlarda bu cür idman növləri olmuşdur. Bu növlərdən hər hansı biri üzrə ilk idman yarışının birinci dəfə harada, nə vaxt keçirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir.
Arxeoloji tapıntılar əsasında onu demək mümkündür ki, atletlərin ilk yarışı güləş üzrə olmuşdur. Onun haqqında ən qədim məlumat b.e.ə. XXVII-XXVI əsrlərə təsadüf edir. Bizim eradan əvvəl (b.e.ə.) VIII əsrə aid edilən “Gilqamış” dastanında b.e.ə. üçüncü minilliyə aid olan Şumer abidələrinə istinadla güləş üzrə yarış haqqında məlumat verilir. İdmanın bir çox növü Azərbaycanda da qədim dövrlərdən yayılmış ənənəvi idman növlərindən olmuşdur. Azərbaycan xalqının dastan və nağıllarında, yazılı abidələrində güləş yarışlarından çox bəhs olunur. Tarixin qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarında güləşlə yanaşı, başqa təkbətək mübarizə növlərindən də geniş bəhs olunur. Bu mübarizələrin çox vaxt yarış məqsədi daşıması açıq-aşkar qeyd olunur. Qədim türkdilli xalqlar ömürlərinin böyük hissəsini at belində keçirmişlər. Cıdır yarışları, at üstündə güləşmə,qılıncsallama, yambaqapma, çovqan buzqaşı kimi idman yarışları türkdilli xalqlar arasında geniş yayılmışdı.İdman zaman keçdikcə peşəkar səviyyədə inkişaf etməyə başlamışdır. Qısa desək, Azərbaycanın bütünlükdə tarixi kimi, idman ənənələrinin kökləri də çox dərinə gedir. Bu ənənələrin bir çoxu müasir dövrümüzədək gəlib çıxıb: bəziləri olduğu kimi, bəziləri bir qədər dəyişərək.“Sağlam həyat sağlam idmanın nəticəsidir”. Bu deyim idman sahəsində çalışan həkimlərin apardıqları araşdırmalardan sonra özləri üçün seçdikləri devizdir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlərə həkimlərin ilk və əsas məsləhəti idmanla məşğul olmaqdır.İdman sağlamlığın rəhnidir. Buna görə də, dünyanın hər bir yerində idmanın bütün sahələri inkişaf edir və dövlət tərəfindən dəstəklənir. Belə idman növlərindən biri də müasirliyi qədər qədimliliyə dayanan Yoqadır. Sağlamlıq anlayışı,ümumiyyətlə, nisbi olub, onun təzahürü fikri və mənəvi amillərin harmonik tarazlığından asılıdır. Əhalinin maarifləndirilməsi istiqamətində yaradılan müxtəlif qədim şərq sistemlərinə həsr olunmuş əsərlər içərisində müasir təbabətdən bir qədər fərqli olan Yoqa üsullarını əks etdirən məlumatlar son illər böyük maraq doğurur. Müdriklər deyib ki, Yoqa ruhun Tanrı ilə qovuşmasıdır. Bəlkə də buna görədir ki,Yoqa bütün dünyada get-gedə populyarlaşmaqdadır.
2014-cü ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) üzv dövlətləri 21 İyunun Beynəlxalq Yoqa Günü elan olunması haqqında qətnamə qəbul ediblər. Həmin tarixdən etibarən 21 İyun – Beynəlxalq Yoqa Günü dünyada milyonlarla insan tərəfindən qeyd olunur.

Şərh yoxdur

şərhini yaz