a
Hava:
16 C
clear sky
Baku
humidity: 72%
wind: 3 m/s SSE
H16 • L16
HomeUmayClub.comTarixdə bu gün7 Sentyabr – “Google” Şirkətinin Təsis Olunduğu Gündür.

7 Sentyabr – “Google” Şirkətinin Təsis Olunduğu Gündür.

7 Sentyabr – “Google” Şirkətinin Təsis Olunduğu Gündür.

1998-ci ildə əsası qoyulan Google (azərb. Quql) dünyanın ən böyük axtarış sistemləri, eləcə də reklam sahəsində ixtisaslaşmış transmilli şirkətidir və ABŞ-da yerləşir. “Google” internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.
1. İnternetdə axtarış, buludlu hesablamalar (CLOUD COMPUTING) və reklam texnologiyaları sahələrinə investisiya qoyan transmilli şirkət. Mənzilqərargahı Mountain View şəhərində (Kaliforniya, ABŞ) yerləşir. 1998-ci ildə Stenford Universitetinin məzunları Larri Peyc (Larry Page) və Sergey Brin tərəfindən yaradılıb. Sistem və uyğun şirkət öz adını qiyməti 10100 olan “quqol” (googol) riyazi kəmiyyətindən alıb; bu termin ötən əsrin 30-cu illərində amerikalı riyaziyyatçı Edvard Kasner tərəfindən daxil edilib. Şirkət, əsasən, özünün nəhəng Google axtarış sistemi ilə məşhurlaşıb. Şirkətin Gmail poçt xidməti, “Google+” və “Google Buzz” sosial alətlər kimi onlayn məhsulları da vardır. Bundan başqa, “Google” özünün “Google Chrome” brauzeri, fotoqrafiyalarla işləmək üçün “Picasa” proqramı və “Hangouts” ani məlumat mübadiləsi proqramı ilə tanınır. Smartfonlarda istifadə olunan “Android” mobil əməliyyat sistemi də “Google” şirkətinin məhsuludur.
2. İnternetdə ən populyar nəhəng axtarış sistemi. “Google Inc” şirkətinə məxsusdur. 1996-cı ildə Stenford Universitetinin tələbələri Larri Peyc (Larry Page) və Sergey Brin tərəfindən tədris layihəsi kimi yaradılıb. “BackRub” adlanan bu layihənin əsasında onlar 1998-ci ildə yeni “Google” axtarış sistemini yaratmışlar. “Google PDF”, “RTF”, “PostScript”, “Microsoft Word”, “Microsoft Excel”, “Microsoft PowerPoint” və başqa formatlı sənədlərdə axtarışı dəstəkləyir. Axtarış sisteminin belə populyar olması ingilis dilində yeni sözün yaranmasına səbəb olub: “to google”, yaxud “to Google” – “quqllamaq”. Bu feil İnternetdə “Google” sisteminin köməyi ilə axtarış aparmağı bildirmək üçün istifadə olunur.

Şərh yoxdur

şərhini yaz