a
Hava:
14 C
clear sky
Baku
humidity: 77%
wind: 10 m/s NNW
H14 • L14
HomeƏn son xəbərlərOmbudsman Dövlət İmtahan Mərkəzinə müraciət ünvanlayıb

Ombudsman Dövlət İmtahan Mərkəzinə müraciət ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən Ombudsmana edilmiş müraciət əsasında Dövlət İmtahan Mərkəzinə (DİM-ə) məktub ünvanlayıb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə koronavirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması səbəbindən abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmamasından bəzi abituriyentlərin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd edilib.
Abituriyentlərin Müvəkkilə müraciətini və bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsi, eyni zamanda, cari ilin məzunlarının əvvəlki illərin abituriyentləri ilə müqayisədə daha gərgin psixoloji vəziyyətdə olmasını nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq kömək göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edib.

Şərh yoxdur

şərhini yaz