a
Hava:
17 C
few clouds
Baku
humidity: 72%
wind: 6 m/s SSE
H17 • L17
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıSəhnəmizin təkrarsız siması-Nəsibə Zeynalova

Səhnəmizin təkrarsız siması-Nəsibə Zeynalova

Səhnəmizin təkrarsız siması-Nəsibə Zeynalova

İstər teatrda, istər kinofilmdə və televiziya tamaşalarında yaratdığı hər rolu Azərbaycan teatrının Qızıl fonduna daxil olan parlaq sənət incisidir.

“Məndən soruşsalar hansı tamaşalarda oynamışam, sadalayana qədər vaxt aparar, daha yaxşı olar ki, soruşsalar ki, hansı tamaşalarda oynamamışam…”
Nəsibə Zeynalova

Musiqili Komediya Teatrında 65 il yorulmadan çalışıb.

Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Nəsibə Cahangir qızı Zeynalova 20 aprel b1917-ci ildə  Bakıda doğulub

1941- ci il Bakı Teatr Texnikumunu bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyib. Azərbaycan komediya tarixinə daxil olan səhnə obrazları yaradıb.

Rəşxəndə ( “Qızılaxtaranlar”, T.Quliyev ), Afərin ( “Rəisin arvadı”, S.Rüstəmov), Kəblə Fatma (” Hacı Kərimin aya səyahəti”, A.Rzayev ), Qızbacı (” Hicran”, E.Sabitoğlu və s. rollar oynayıb.
Bir sıra filmlərə çəkilib: “Böyük dayaq”, “Ögey ana”, “Qanun naminə”, “Bizim Cəbiş müəllim” və s.
1967-ci ildə Azərbaycan Xalq artisti fəxri adına layiq görülüb.
1974-cü ildə Azərbaycan Dövlət mükafatı laureatıdır.
Şöhrət ordeni ilə təltif olunub.
Musiqili Komediya Teatrının repertuarında olan tamaşaların, necə deyərlər, 99 faizində iştirak edib. Və 50-dən çox tamaşalarda baş rollarda iştirak edib.20-dən çox filmə çəkilib. 10 mart 2004-cu ildə Bakıda vəfat edib, məzarı Fəxri Xiyabandadır.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındaki rolların əvəzsiz ifaçısı sayılır.
Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gozlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələri ilə cilvələnən improvizənin mahir ustası idi.
Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla ifadə edib. Xalq yumorunun, “Qaravəlli” oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmələrin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb.

Nəsibə xanım məişət yumorunun incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldi.
Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen- bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu.

Aynur Turan

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz