a
Hava:
16 C
clear sky
Baku
humidity: 94%
wind: 4 m/s S
H16 • L16
HomeFaktlar və hadisələrIlk uşaq jurnalı “Dəbistan”

Ilk uşaq jurnalı “Dəbistan”

“Dəbistan” – Azərbaycan dilində uşaq jurnalı.

1906-1908-ci illər ərzində Bakıda nəşr olunmuşdur. “Dəbistan” ın 1906-cı il 1-15-ci sayıları Məhəmmədhəsən Əfəndizadə və Əli İskəndər Cəfərzadənin naşirliyi və mühərrirliyi ilə çıxmışdır.

Həmin ilin 7 dekabrından etibarən jurnal Ə.İ.Cəfərzadə tərəfindən nəşr olunmuşdur. “Dəbistanın məqsədi” öz hallarına dair gülməli və ibratamiz hekayələr və mənzumələr vasitəsilə millət balalarının “əql, zehin, əxlaqi-həsənə və hissiyatların oyandırıb, günbəgün tərəqqi etmələrinə səbəb” olduqdan və onlardan “zəhmətkeş, millətpərəst və vətənpərvər cavanlar yetişdirmək” dən ibarət idi. Jurnala iki ayda bir dəfə əlavə “Valideynə məxsus vərəqə” çap olunurdu.
Dəbistanda H.Zərdabi, S.M.Qənizadə, H.Ağayev, M.Hadi, A.Səhhət, A.Şaiq, M.Əfəndizadə, M.H.Qüdsi, İ.T.Musayev və b. iştirak edirdilər. “Molla Nəsrəddin” jurnalı ilə “” Dəbistan” arasında ideya yaxınlığı vardı. Bu, cəmiyyəti yenidən qurmaq və yeni tipli vətəndaş tərbiyə etmə uğrunda mübarizədə təzahür edirdi. Mirzə Cəlil “Dəbistan” felyetonunda və digər yazılarında jurnalın uşaq mütailəsində rolunu yüksək qiymətləndirir, valideynlərin ona biganə münasibətindən və abunəçilərin in azlığından təəssüflənirdi.

Aynur Turan 

Şərh yoxdur

şərhini yaz