a
Hava:
25 C
clear sky
Baku
humidity: 27%
wind: 5 m/s S
H25 • L25
HomeSağlamlıq və gözəllikTibbi məlumatlarEstetik cərrahiyə haqqında ümumi məlumat

Estetik cərrahiyə haqqında ümumi məlumat

Estetik cərrahiyə — xarici görünüşün dəyişdirilməsi məqsədi ilə həyata keçirilən cərrahiyyədir.Gözəllik dünyasında elmin son “sıçrayış”larına aid rəsmi statistikaya nəzər salsaq, görərik ki, təbii gözəllik üzərində inqilab etmiş süni gözəlliyə- kosmetik əməliyyatlara dair statistik rəqəmlər heyrətedicidir. Məsələn, təkcə Parisdə kosmetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur, və hər il bu mərkəzlərdə 60 min plastik əməliyyat aparılır.ABŞ-da isə kosmetik əməliyyatlar Amerika cəmiyyətinin ənənəsinə çevrilib. Dünyada kosmetik əməliyyatların sayı baxımından ABŞ 21% nisbəti ilə birinci yeri, Braziliya 14% nisbəti ilə ikinci yeri, Meksika isə 8% nisbəti ilə üçüncü yeri tutub. Estetik ( eyni zamanda cavanlaşdırıcı əməliyyat) əməliyyat – dünyada həm kişilər, həm də qadınlar arasında ən populyar əməliyyat növüdür.

Plastik əməliyyatların bir neçə növü mövcuddur.Ritidektomiya”  sifət və boyun dərisinin dartılmasıdır. Bu əməliyyat növünün keçən əsrin əvvəllərində Avropada yaranmasına baxmayaraq, uzun müddət gizlin saxlanılıb.Liposaksiya-bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növüdür. Bu metod ilk dəfə iyirmi il əvvəl Fransada yaranıb.”

Blefaroplastika gözətrafı dəridəki qırış və torbanı yox etmək üçün bir neçə kosmetik əməliyyatın birləşməsidir.

Rinoplastik əməliyyat isə burunun kiçildilib ya da böyüdülərək yenidən formalaşdırılması, kiçik donqarın götürülməsi, burun deşiklərinin daraldılması, və burun ucunun incəldilib formalaşdırılması, eyni zamanda var olan septum əyriliklərinin düzəldilməsidir. Bu ən qədim əməliyyat növü hesab olunur, məsələn burunun plastikasının Hindistan növü artıq 5 min ildir mövcuddur.

Abdominoplastiya qarın və göbək zonalarında ortaya çıxan artıq piy və dərinin alınması və qarın divarının incəldilib sıxışdırılmasıdır.

Auqmentasiya isə döşlərin ölçü və formalarının müxtəlif növdə məmə protezləri ilə gözəlləşdirilməsidir. Plastik cərrahi, estetik və rekonstruktiv cərrahi ilə əlaqədardır. Kosmetik cərrahi normal bədən strukturunu yenidən formalaşdıraraq insanın görünüşünü və özünü qavrayışını inkişaf etdirir.

Rekonstruktiv cərrahiyə isə doğuşdan ya da sonradan ortaya çıxan səbəblərlə meydana gəlmiş normal olmayan bədən strukturları üzərində tətbiq edilirvə birinci məqsədi bədən strukturlarının funksiyalarını mümkün olduğu qədər geri gətirməkdir.

İstifadə olunan mənbələr: https://az.m.wikipedia.org/wiki/Estetik_c%C9%99rrahiy%C9%99

 

Şərh yoxdur

şərhini yaz