a
Hava:
22 C
clear sky
Baku
humidity: 49%
wind: 7 m/s SSE
H22 • L22
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıTürk dünyasındakı xidmətlərinə görə mükafatlandırılan qadın-Tənzilə Rüstəmxanlı

Türk dünyasındakı xidmətlərinə görə mükafatlandırılan qadın-Tənzilə Rüstəmxanlı

“Çox böyük hədəflərimiz var, zamanımız yetsə…”
Tənzilə Rüstəmxanlı

Tənzilə Yolçu qızı RüstəmxanlıQərbi Azərbaycan Qarsla sərhəddə yerləşən Anasıyam bölgəsində dünyaya gəlib. 1960-cı il 28 noyabr 1991-ci il Moskva Kooperativ İnstitutunu bitirib.
1996-cı ildə Azəri-Türk Qadınlar Birliyinin sədri seçilib.
2093-cü ildə-Koorperasiya əlaçısıdır. Azərittifaq “Ən yaxşı ictimai təşkilat” və “İlin ictimai təşkilatı” adına layiq görülüb.
Türkçülüyün təbliğində xidmətlərinə görə mükafatlara və ödüllərə layiq görülüb.
“2002-ci ilin vətənpərvəri”, “Azərbaycanın tanınmış ziyalıları”,
“Azərbaycanın tanınmış xanımları” beynəlxalq layihələrin qalibi olub.
Tənzilə xanımın dedikləri :

Şərqdə ilk demokratik dövləti biz qurmuşuq
O cümhuriyyət bizim qadınlarımıza seçib-seçilmək haqqı verib. Türkiyədən də ilk əvvəl o haqlara biz sahib olmuşuq. Biz o haqlara sahib olanda Avropanın bir çox dövlətləri qadın haqlarını tanımamışdı, hətta Fransa da. Sadəcə görünür biz bizə verilən haqları dəyərləndirə bilməmişik. Əlbəttə, hər zaman qadına basqı olub, qadına zəif məxluq kimi baxılıb. Kaş ki, zərif baxardılar. Qadın yaranışdan güclüdür. Bizim qadınlarımız dünyanın ən gözəl qadını, və bir o qədən namusludurlar. Ailəsinə, evinə, ocağına bağlılıqdan türk qadınının əvəzi yoxdur. Mən çox ölkələrdə oluram, qadın təşkilatları ilə görüşürəm, maraqlanıram. Axı, biz başqa -başqa millətlərik. Mən alman, fransız ola bilmərəm. Mən çağdaş Türk qadınıyam, sadəcə mədəniyyətlərarası dialoq var, bu da çox yaxşı amildir. Ailəmdə anayam, həyat yoldaşıyam. Kənarda da ictimai fəaliyyətimlə, məsləki vəzifələmlə, ixtisasımla məşğulam. Bunlardan biri digərinə mane olmur. Qadının ümdə missiyası gözəl ana olması və gözəl övlad tərbiyə edib, yetişdirməsidir. Əgər ana yaxşı övlad yetişdirə bilməyibsə, onun nailiyyətlərini heçə sayıram. Azərbaycan mənim üçün yaşadığım bir coğrafi məkandır. Mən VƏTƏN deyəndə bütün TÜRK DÜNYASINI nəzərdə tuturam. Düşünürəm ki, gedib Türkmənistanın aulunda belə yaşasam, mənim üçün vətəndir, çünki ora da bir türk torpağıdır.

Mənbə Saminə Hidayətqızı “Yüz Türk Qadını”
Sarı sim I kitab

 

Şərh yoxdur

şərhini yaz