a
Hava:
21 C
clear sky
Baku
humidity: 60%
wind: 6 m/s SSE
H21 • L21
HomeKateqoriyasız100-lə qadının həyatını əlvan rəngə boyayan – Gözde Akpınar

100-lə qadının həyatını əlvan rəngə boyayan – Gözde Akpınar

“Filli Boya”nın qurucusu Cəlal Akpınar vəfat edəndə ailənin tək övladı  Özde Akpınarın  25 yaşı var idi. Boya sənayesi sahəsində Avropanın ən böyük fabriki, 340 trilyon türk lirəsi və minlərcə işçinin məsuliyyəti onun çiyinlərinə düşmüşdü.
İş təcrübəsi və bu işlə bağlı hər hansı məlumatı olmayan Özdenin  yeganə  sahib olduğu cəsarəti idi.

“Neçə işçin evində şam edə bilirsə ,o qədər üzün gülsün. Yox, əgər onlar ac yatırsa ,sən də ac qal”- atasının ona verdiyi bu  nəsihət Gözdenin  qulağında sırğa olduğu kimi, çiynində də ağır yükə çevrilmişdi.

Gözdenin bu qədər ağır və məsuliyyətli yükün altında əzilməməsi üçün zamana və təcrübəyə ehtiyacı var idi .  Ona görə də, şirkətin idarə edilməsini ailə  dostlarına və bir neçə  bu işin peşəkarlarının səlahiyyətlərinə verdi. Özü isə şirkətdəki fəaliyyətnə sadəcə şöbə müdiri olaraq davam etdi.

Öyrəndi, öyrəndi, öyrəndi…

29 yaşında özünü tam hazır hiss edəndə gəminin sükaınını təslim aldı.  Həmin vaxt ölkədə iqtisadi   böhran idi. Rəqiblərinin çoxu bir çox sahədə  geri addım atarkən o yeni yatırımlar etdi.  Riskli qərarlar verdi, amma qərarlaında yanılmadığını sübut edə bilmək üçün gecə-gündüz çalışdı…

Fabriklərin  sayını dördə çatdırdı. İşçi sayı isə dəfələrlə artdı. Vergi rekordçularının siyahısında yeri dəyişməz olaraq  ilkələrdə olan ada çevrildi.
Və nəhayət Türkiyənin ən güclü 50 iş qadınından biri oldu.

O , sadəcə bacarıqlı bir iş qadını deyil,həm də bir xeyriyyəçi olaraq bir çox təşkilata,yardım cəmiyyətlərinə maddi dəstək göstərib.

Xüsusilə qadın və uşaq zorakılığına qarşı sözün əsl mənasında mübarizə aparıb.

“Ailə Bakanlığı” (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) ilə əməkdaşlıq yaradıb, “Qadın ustalar” layihəsini həyata keçirdi. Qadınlara 15 ayrı şəhərdə peşə təlimləri verərək onları iş həyatına qazandırıb.

Özgəcan adlı kiçik bir qız vəhşicəsinə qətl edildiyində 30 televiziya kanalının reklam fasiləsini eyni anda satın aldı, yarım dəqiqə ərzində ekranı qaraltdı. Ekranlarda nə loqo vardı, nə marka. Sadəcə “Özgecan üçün” yazısı var idi…

Həmin günəcən qadına olunan zorakılığa bu qədər təsiredici bir “reklam”, etiraz şüaları görülməmişdi.

Bir qadın olaraq, ən əsası da, bir qız övladı anası olaraq bu problemi ruhunun dərinliyində hiss etdiyini deyən Özde Akpınar sadəcə bacarıqlı  iş qadını deyil,həm də həssas qəlbli bir insan , həmcinslərinin dərdinə etinasız olmayan bir qadın olduğunu göstərdi.

Gözde Akpınar qadın zorakılığına qarşı mübarizə aparan hər kəsə dəstək olub , bu yolda addımlayan hər kəsin yanında , görülən hər işdə yer alıb. Hər layihəyə, hər təşəbbüsə maddi dəstək göstərib, çox böyük məbləğlər sərf edib ,zaman ayırıb.

Zorakılığa məruz qalan 12 qadının həyat hekayəsinin əks olunduğu “Ölümcül Yaralı” adlı beynəlxalq layihəyə İstanbulda ev sahibliyi edib.

Tubitak və Boğaziçi Universiteti ilə birgə yoxsul qız uşaqları üçün ” Bilim Kampı” təşkil edib.

Bəzən yüzlərlə kişinin edə bilmədiyini bir qadın edər, bir anda hər şeyi dəyişdirə bilər !!!

Ürəkdən alqışlayırıq…

Aynur Turan

 

Şərh yoxdur

şərhini yaz