a
Hava:
21 C
clear sky
Baku
humidity: 52%
wind: 3 m/s SSE
H21 • L21
HomeKateqoriyasız“ HƏR BİR İNSANIN PSİXOLOQA EHTİYACI VAR.”- psixoloq Vüsalə Hacıyeva

“ HƏR BİR İNSANIN PSİXOLOQA EHTİYACI VAR.”- psixoloq Vüsalə Hacıyeva

Yaradan insanı bütün varlıqlardan bütöv, tam və ali, möhtəşəm və təkrarsız yaratdı. Bəzən insan böyüklüyüəzəmətli  dağa, uca çinara, bəzən də səmanın hakimi sayılan şahinə bənzədilir. Bəli, insan vüqarlı və cəsur varlıqdır. Küləklər əssə də, qar, dolu yağsa da o əyilməməli, bükülməməlidir. Gəl gör ki, bəzən insan başı asimana dəyən ən uca zirvədən, gah da dağların qoynundan qopub gələn hayqırtılı şəlalə olmaqdan yorulur və DƏNİZ olmaq istəyir. Gah sakit, gah dalğalı, ancaq çox zaman müəmmalı bir niz, gah könül gəmilərini oyuncağa çevirib atıb-tutan, sonra da qırıqlarını bəyənməyib sahilə atan, gah dərinliklərində min bir ağrı və nəvazişlə inci yetişdirən DƏNİZ İNSAN

   Əvvəl sahilindəkilərə sığal verib onu içinə çəkən, aparan, sonra da bilinməyən səbəblə onları  sahilin  uzaq bir küncünə atan dəniz. Bəli, bəzən çox şeyə qadir olan qüdrətli insan öz hisslərinin əsirinə çevrilə, təzadlı duyğularının burulğanına qərq ola bilir…

    Ərəb ədəbiyyatının görkəmli nümayəndəsi Cübran Xəlil Cübranın belə bir fikri var: “Həyat onun qəlbini oxşamağı bacaran müğənni tapa bilməyəndə, onun dərrakəsi ilə danışan filosof yaradır”.  İnsan da belədir, özqarmaşıq hissləri onun məntiqini üstələyirsə, o, mütləq hisslərin notlarını peşəkarcasına idarə edən PSİXOLOQLARA üz tutur. Bugünmövzumuz Psixoloq və cəmiyyətin psixoloq baxışıdır.

Hazırki dövrdə psixoloqlara üz tutanların sayı artıb və artmaqdadır. Bu  bir zəruriyyətdirmi, yoxsa ehtiyac? Buna səbəb olan amillər hansılardır? Bu məqsədlə, biz də umayclub.com ailəsi olaraq belə bir  qlobal problemə laqeyid qalmayıb peşəkaraa ü tutduq.

Müsahibimiz Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi: TM Tədris mərkəzinin  psixoloqu Vüsalə Hacıyevadır.

1. Vüsalə xanım, əvvəllər “dəli həkimi” deyib, barmaqarası yanaşdığımız psixoloqlara getmək bu günkü gündə çoxumuzun rutininə çevrilib, sizcə də belədirmi?

-Bəli son dönəmlərdə psixoloqlara müraciət edənlərin sayı xeyli artıb bu, insanların psixoloji durumu ilə də əlaqəlidir və eyni zamanda, deyərdim ki, insanlar artıq psixoloq barədə məlumatlıdırlar. İnsanlar bunu filmlərdə də izləyirlər, görürlər, real həyatda da tez-tez qarşılaşırlar. Belə ki, tanış-qohum psixoloqa üz tutduqlarını  və həmin insanlarda gedən yaxşı dəyişiklərə şahid olurlar. Artıq insanlar psixoloq barədə xeyli məlumatlı olduqları üçün anlayırlar ki, psixoloqların qapısını döyməyə heç bir maneə yoxdur. Psixoloqa müraciət etmək insanların psixoloji durumu üçün daha yaxşıdır. Buradan bir sual doğur. Necə?.. Real həyatdan bir misal gətirmək istəyirəm. Yenicə ailə qurmuş gənc bir qadın ailədə konflikt yaşamağa başlayır.

2. Nəyə görə depressiv hal və bir sıra naratlıqlarda psixoloqa getmək lazımdır?

-HƏR BİR İNSANIN PSİXOLOQA EHTİYACI VAR.

Yəni danışmağa, dinlənilməyə, sirrlərini, problemlərini bölüşməyə ehtiyacı var. Ancaq onu güvənilir  biri ilə-psixoloqlarla etməkləri də onları rahatlaşdırır. Bəzən insanın fiziki durumunda, yəni səhhətində dəyişikliklər olarsa, bədən həkim müdaxiləsi olmadan belə özünü bərpa edə bilir, ancaq psixoloji durumda isə bədən özünü sağalda bilmir və bu problem daha da dərinləşə bilir. Bu hal isə müəyyən müddətdən sonra bədən ağrısına, sümük, baş ağrısına da səbəb ola bilir.

Bundan başqa kiçik, lakin önəmli bir misal gətirim: Əri, qaynanası və s. ilə problem yaşayan gənc qadın bütün bunları özünə yaxın bildiyi bir qonşuya danışır. Qonşu isə ona yanlış, sərt, deyərdim ki, aqressiv olaraq,  mən belə edərdim, mən bunu edərdim, mənə heç kim heç nə deyə bilməz, deyə məsləhətlər, göstərişlər verir. Bu da ailədaxili münasibətlərin korlanmasını daha da dərinləşdirir. Çünki bir insana təsir edilir, niyə sənə belə söz deyilir, belə münasibət bəslənir kimi suallar həmin insanda aqresiyaya səbəb olur. Hər evin adəti, qanunları fərqlidir, təbii ki, nəticələr də fərqli olur və bu da hətta ailənin dağılmasına qədər gətirib çıxarır. İnsanlar artıq ağılla dərk edirlər ki, belə məqamlarda ən düzgün məsləhəti psixoloq verəcək və insanları başa düşərək, yəni dəyişə bilməyəcəyimiz insanları olduğu kimi qəbul etməklazımdır.

3. Son dönəmlərdə insanların psixoloji xəstəlikləri səhhətlərində yaranan digər xəstəliklərin önünə keçib. Çoxları havadan-sudan dediyi bu əsaslı problemin əsas səbəbi nədir?

Həyat tərzi, ortam, dəyişikliklər, ağır iş rejimi, maddi-mənəvi, fiziki problemlər, çətin həyat tərzi və s. onlarla səbəb. Bir də son dövrün özü ilə gətirdiyi yeni “zəruriyyətlər”. Belə ki, insanlar əvvəl bir paltar geyinərək, bir çeşid yemək yeyərək özlərini xoşbəxt hesab edirdilər. Mən bunu etdim, mən bunu aldım deyərək, özlərini xoşbəxt, hüzurlu hiss edirdilər. Artıq  sosial şəbəkənin geniş yayıldığı bir dövrdə insanlar başqalarının həyatlarını, yeyib-içdiklərini, geyimlərini, istirahət biçimlərini və s. görürlər. Və bu da onları aqresiv edir, pis düşüncələr, narahatçılıqlar yaradır. Bu narahatçılıqlar da bir müddət keçdikdən sonra onları narahat etməyə başlayır. Narahatlıqlar müxtəlif növ depressiyalar yaradır və onlar psixoloqlardan kömək istəyirlər. Bundan əlavə bilirsiniz ki, kompüter, televiziya arxasında uzun müddətli əyləşən insanlarda və mobil telefondan qədərindən çox istifadə də beynin yüklənməsinə, yorğunluğa və müxtəlif xəstəliyə, belə ki, beyin qabığında yaranan qıcıqlanmalara  səbəb olur. Bütün bu problemlərdən qaynanaqlanan doğulan xəstə uşaqların günü-gündən çoxalmasına səbəb olur.

4. Psixoloqlara üz tutan insanlar arasında bildiyimiz qədərilə ilk sıraları evli cütlüklər tutur. Evliliklərdə hansı məqamda psixoloq dəstəyi vacibdir?

– İki yetkin insan bir-birilərini anlamamağa başlayırlarsa, məsəlçün: bir-birilərini qəbullana bilmir, güvənmir və s. ailə  daxilində çəkişmələr başlayır və özləri bunu həll etmirlər. Hər gün aqressiya ilə, yeni bir problemlə üzləşirlərsə, onlar mütləq psixoloqa müraciət etməlidir. Əgər bu ailədirsə, onlar övlad dünyaya  gətirəcəklər, əgər övlad dünyaya  gətirirlərsə, buna hazır olmalıdırlar. Bir məqamı da vurğulamaq istəyirəm ki, evlilik öncəsi cütlüyün psixolaqa getməsi çox yaxış haldır. Çünki, nəyi, hansı məsuliyyəti üzərəmizə götürürük, hansı məsuliyyətdə olacağıq, bizi hansı həyat gözləyir kimi suallara psixoloqla birgə ən doğru nəticə alınır.

5. Cəmiyyət arasına belə bir fikir var, evlilik sevgini öldürür. Bir peşəkar kimi bu yanaşmaya fikir bildirərdiniz . 

-Bir insanın bir insana qarşı sevgisi gerçəkdirsə, bu mümkünsüzdür. Əgər hər  iki tərəf digərinin qəlbinə yatmış, beyin də bu sevgini qəbul etmişsə, düşünürəm ki, ölən başqa bir şeydir.Belə ki, insan bir şeyi əldə etmək üçün onun haqqında düşünür və onu əldə etmək üçün bir növ mübarizədə olur. Onu  əldə edirik və o, bizim üçün ilk dönəmlərdə dəyərli olur, ancaq zamanla o da adiləşir. Müəyyən qədər ailə də belədir. İstədiyin insan artıq əlçatmaz deyil, sənin yanındadır. O, daha sənə məxsus varlıqdır. Sevgi ölür deyə bir qavram yoxdur, sadəcə duyğuların dəyişməsi hesab edə bilərik. Yəni diqqət, qayğı, dəyər, qarşılıqlı dinləmə, bölüşmə hissləri azalmağa başlayır. Bəzən başqa nüyanslar da araya girə bilir. Cütlüklərdən hər hansı biri  evlilik zamanı həddindən artıq qısqanc, deyingən, narazı, şikayət edən və aqressiv  tərəf də ola bilir. Cütlüklər bir-birilərini olduğu kimi qəbul etsə, anlayış göstərsə sevgi daima onlarladır.

Dəyərli  psixoloq Vüsalə Hacıyevaya aktual bir mözuya aydınlıq gətirdiyi üçün umayclub.com saytı olaraq təşəkkür edirik.

Şərh yoxdur

şərhini yaz