a
Hava:
26 C
clear sky
Baku
humidity: 25%
wind: 8 m/s S
H26 • L26
HomeKateqoriyasız“Bir insana qüsursuz nitq bəxş etmək mənim üçün ən sevindirici haldır” – Kəkələmə uzmanı Murad Hüseynli

“Bir insana qüsursuz nitq bəxş etmək mənim üçün ən sevindirici haldır” – Kəkələmə uzmanı Murad Hüseynli

 

Tanrı səsi sözdən əvvəl yaratdı,
Təbiətin yağışı səs, qarı səs.
Sel kükrədi, çay gurladı, su daşdı,
Dərələrin qazancı səs, barı səs…
Z.Yaqub

Səs dünyanın ən ecazkar, sirli- sehirli, ürəkaçan möcüzələrindən biridir desək yanılmarıq.
Su səsi, yağış səsi, quşların, dağın- daşın səsi… Bütün bunlar həyatın harmoniyası, vəhdətidir. Gözəlliyi, rəngidir. Həyata ən dərin məna qatan səs isə insan səsidir. İnsanın- insanla ünsiyyəti, söhbətidir. Ən böyük ünsiyyət vasitəsi isə nitqdir.

İnsanoğlu nitqi sayəsində hisslərini, arzu və düşüncələrini, məqsədini izah edir. Nitq nə qədər səlis, ahənglidirsə, söhbət bir o qədər maraqlı, və axıcı olar.
Bəlkə buna görədir ki, lap qədimdən var olan müxtəlif elmlərlə yanaşı nitq mədəniyyəti, ritorika, yəni natiqlik sənəti bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.
Gözəl, səlis danışmağın mədəniyyət sayıldığı bir zamanda biz insanlar buna nə qədər önəm veririk? Necə danışdığımızın, tələffuzümüzün fərqindəyikmi? Dili öz qüsurlarından təmizləmək bir yana bəzən səlis danışmaq belə bizim üçün imkansız görünə bilər. Yoxsa bu, dil qusurları xəstəliyindənmi xəbər verir? Dil qusurları bir xəstəlikdirmi, yoxsa adət etdiyimiz yersiz vərdişlərmi?..
Gəlin, bu kimi suallara– günümüzün aktual problemlərindən biri olan nitq qüsurları problemlərinə dair mütəxəssis fikirləri ilə cavab tapaq.

Murad bəy, bu gün sizinlə günümüzün aktual problemlərindən olan nitq qüsurları və kəkələmə ilə bağlı mövzulara toxunmaq istərdik. Umayclub.com izləyicilərinin sizə ünvanladığı suallara keçid almamışdan əvvəl gəlin sizi elə sizin dilinizdən tanıyaq.

– Murad Hüseynov kimdir?

–Mən kəkələmə problemi yaşayan uşaq, yeniyetmə və böyük insanlar üçün müalicə aparıram. Bu yöndə Türkiyənin İstanbul şəhərində təhsil almışam. Gəncə şəhərində yaşayıram və Azərbaycanın müxtəlif bölgələrində olan bu problemdən əziyyət çəkən insanları da elə burda, Gəncə şəhərində yerləşən klinikada qəbul edirəm.

–Murad bəy, bu peşəyə yiyələnməyinizin sirrini öyrənə bilərikmi, niyə məhz kəkələmə problemi üzrə mütəxəssis olmaq istəmisiniz?

– Bu suala birbaşa cavab verim ki, mən də uşaq yaşlarımda bu problemdən əziyyət çəkmişəm. İstədim ki, mənim kimi bu problemi yaşayan uşaqlara, bütövlükdə insanlara kömək olum. Bu istək məni bu sahəyə gətirib çıxardı.
İnanın ki, bir insana qüsursuz nitq bəxş etmək mənim üçün ən sevindirici haldır.

–Murad bəy, nitq qüsurları nələrdir? Ümumiyyətlə, yaranma səbəbləri nələrdir?

–Nitq qüsurları ana bətnində, yəni, hamiləlik və doğuş zamanı və sonrakı zamanlarda əmələ gəlir. Yəni səbəblər müxtəlifdir, lakin ən geniş yayılma səbəblərindən biri valideynlərin etdiyi yanlışdır. Yəni, uşaqlarla uşaq dili ilə danışmaqdır. Bu, deyərdim ki, nitq qüsurlarının yaranmasının ən başlıca

–Kəkələməni də bu hala daxil etmək mümkündürmü?

–Kəkələmənin müxtəlif səbəbləri mövcuddur. Onlardan ən çox rast gəlinən isə qorxudan yaranan haldır. Qorxu, həyacan, stress, müxtəlif səbəblərdən alınan travma və s.səbəblərdən yarana bilər.
Kəkələmənin müalicəsinə gəlincə isə, bəli, mümkündür. Kəkələmə daha çox uşaq yaşlardan yaranır və düzgün müalicə aparılmadıqda daha da formalaşıb ağırlaşmalar yarana bilər. Ancaq böyük insanlarda yüksək qorxu, həyacan və s. olduqda kəkələmə yarana bilər.

– Murad bəy, sizə çoxlarını maraqlandıran bir sual ünvanlamaq istəyirəm. Kəkələmə bir xəstəlikdirmi?

–İnsanlara üz tutub xüsusi olaraq vurğulamaq istərdim ki, kəkələmə xəstəlik deyil, yanlış danışıq formasıdır.
Kəkələmə iynə dərman preparatları ilə deyil,
müalicə yolu və metodlarla düzələn bir problemdir.
Hər bir insan öz üzərində işləyərək, könüllü olaraq dəyişmək istəyirsə, ən uğurlu şəkildə buna nail olacaqdır.

– Kəkələmənin səbəbləri nələrdir və nə dərəcədə müalicə olunandır?

–Kəkələmənin müxtəlif səbəbləri mövcuddur. Onlardan ən çox rast gəlinən isə qorxudan yaranan xəstəlikdir. Qorxu, həyacan, stress, müxtəlif səbəblərdən alınan travma və s.səbəblərdən yarana bilər.
Kəkələmə daha çox uşaq yaşlardan yaranır və düzgün müalicə aparılmadıqda daha da formalaşıb ağırlaşmalar yarana bilər. Ancaq böyük insanlara yüksək qorxu, həyacan olduqda kəkələmə yarana bilər.

–Murad bəy, kəkələmənin yaş həddi barədə məlumat verə bilərsinizmi? Və hansı yaş qrupları müalicəyə daha tez tabe ola bilir?

–Kəkələmə əsasən iki- beş yaş arası özünü biruzə verir və uşaq yaşlarda iki il öz-özlüyündə bərpa etimalı 70-80% – dir.
Kəkələmənin müalicəsi altı yaşdan yetmiş yaşa qədər insanlarda tətbiq olunub uğurla həyata keçirilir və bu problem tamamilə aradan qaldırılır.
Bir haşiyəyə çıxım ki, mənə bu problemlə müraciət edən ən yaşlı insanın altmış üç yaşı vardı.

Müalicə tez tabe olan yaş qrupu haqqında əsasən on iki yaşdan, iyirmi dörd yaşa qədər olan insanlar arasında mövcuddur. Nisbətən yuxarı yaş həddində olan insanlarda istədiyimiz nəticə ona görə nisbətən gec reallaşmasına səbəb odur ki, o müəyyən yaşa gəlib çatıb və kəkələmə onun həyatının bir parçasına çevrilmişdir.

–Murad bəy, buradan sizi izləyən valideynlərə nələri məsləhət görərsiniz? Onlar kəkələmə qüsuru olan övladlarına necə davranmalı və ya davranmamalıdır?

–Övladlarında kəkələmə qüsuru olan valideynlər bu isə səbrlə yanaşmalı, mütəxəssis rəyinə diqqətlə əməl etməlidirlər. Uşaq kəkələməyə yeni başlayıbsa, valideynlər onu asta danışmağa sövq edirsə, əksinə uşağın kəkələmə problemi daha da şiddətlənə bilər. Uşağı həyacanlandırmaq, ona qışqırmaq, kəkələməsi ilə bağlı onu günahlandırmaq olmaz.

– Murad bəy, kəkələmə qüsuru olan insanlarda bu hal ən çox nə zaman şiddətlənir bilir?

–Fikir vermisinizsə, görəcəksiniz ki, kəkələmənin ağır və ya yüngül formalarında da həmin adam mahnı oxuduqda və ya yalnız olduğu zaman güzgüdəki özü ilə söhbəti zamanı onlar kəkələmirlər. Kəkələmə çox zaman insan həyacanlı olduqda, yeni insanla tanış olduqda, iş görüşmələrinə getdiyi zaman və s. daha geniş vüsət alır. Ona görə də, əminliklə deyərdim ki, kəkələmə olduğu mühitdən mühitə dəyişən bir problemdir.
Buna misal olaraq deyim ki, xəstələrimiz bəzən evdə öz yaxınları ilə ünsiyyətdə də kəkələmirlər, ancaq çöldə hər hansı biri ondan gözləmədiyi vaxta ünsiyyətə girirsə, artıq o, kəkələməyə başlayır.

–Kəkələyən insanın bu vəziyyəti onun həyatında hansı psixoloji fəsadlara gətirib çıxarır?

–İlk olaraq deyim ki, bura da özgüvən əksikliyi və həyacan da böyük rol oynayır.

Bir çox kəkələyən insanlar kəkələyəcəkləri sözü əvvəlcədən bilir və ona görə də deyə bilmədiyi çətinlik çəkdiyi sözlərdən qaçınmağa çalışır. Məsələn mağazaya gedib bir çörək almaq bizim üçün nə qədər adi olsada bir kəkələyən insan üçün bu bir problem ola bilər.
Bəzəndə Kəkələyən insanlar deyə bilmədikləri sözləri onu əvəz edən digər sözlərlə əvəz etməyə çalışırlar.
Kəkələyən insanların məktəb həyatinda yəni azyaşlı və yeniyetmə dövürlərində bəzi insanların onların danışığına görə onları ələ salması onları təqlid etməsi və bu kimi başqa hallar kəkələyən insanları özlərinə qapalı edə bilər. Bunu tək məktəb həyatında deyil, həmdə iş və həyatına şamil etmək olar.
– Murad bəy, bu cür insanlara və ümumilikdə bütün insanlara umayclub.com saytı vasitəsilə nə demək istərdiniz?

–Kəkələyən insanları anlamağa çalışın. Kəkələyən insanların hər hansı bir cümləni, sözü necə dediklərinə deyil, nə dediklərinə önəm verin.

Söhbətin sonunda umayclub.com saytı olaraq Kəkələmə uzmanı Murad Hüseynliyə maraqlı müsahibə və məsləhətləri üçün təşəkkür edirik. Peşəsində və həyatda ona uğurlar arzu edirik.

Əlaqə nömrəsi : 070 505 51 52

 

Şərh yoxdur

şərhini yaz