a
Hava:
14 C
light rain
Baku
humidity: 82%
wind: 5 m/s WNW
H14 • L14

Xoşbəxtliyin şərti

Xoşbəxt olmaq üçün özününə şərt kəsmə.
Həyatımda “o olarsa” xoşbəxt olaram, ” bunu alarsam” xoşbəxt olaram. “Bunu bacarsam”, “oraya gedərsəm”, “buranı görərsəm” xoşbəxt olaram. “Bu insan” a yetərsəm, “bu qədər” pulum olarsa, xoşbəxt olaram. “Bu məsələ” bitərsə, “o iş” alınarsa, “onu” görərsəm, “bunu” bilərsəm və s. heç vaxt bitməyəcək və sən həyatının gözəl anlarını zaman adlı çayda axıtmış olacaqsan.
Xoşbəxtliyi, sevinci çöldəki amillərdən
alacağına ümid edirsənsə, heç vaxt xoşbəxt ola bilməzsən.
Heç nə olmadan, xarici amillərin təsiri altında qalmadan səbəbsiz sevinclərdir sənin əbədi könül rahatlığın, axtardığın xoşbəxtliyin.
Elə isə məhz sağlıqla nəfəs aldığın bu gününü seç.
Xoşbəxtlik səbəbin olaraq və hər gün yeni səbəblər kəşf et. Görə bilmək nə böyük sərvət, gözlüm bağlıykən belə çıçəyi ətrinə görə digərindən ayıra bilmək nə böyük möcüzə. Payızda yağışa düşüb islanmaq, qışda buz kəsən əllərini işitmək təlaşı. Yayda susaya bilmək, ovuclarını dolusu doyunca su içmək nə xoş.
Səhər çayının öz əllərinlə dəm alması…
Öz kədərinə özünün ağlaması, dizindəki yarana ilk əl basan məhz öz əlinin olması. Hətta öz ağaran saçlarının ilk sənin görməyin nə qəribə duyğudur…
Küsə bilmək hissin, qürur hissin, hər şeyə sinə gərən mübariz duruşun, kədərini gizlətmək üçün ucadan gülüşlərin deyilmi xoşbəxtliklərin.
Bir əşyada, bir məkanda, bir insanda və s. gəzib axtardığın xoşbəxtliyin bəlkə səndə gizlənib?…
Gözlərini ətrafdan çək, könül dünyanın qapısını arala. Və xoşbəxtlik sənlədir, qucaqla onu.
Xoş gəldin…
Şərh yoxdur

şərhini yaz