a
Hava:
23 C
clear sky
Baku
humidity: 31%
wind: 7 m/s SSE
H23 • L23
HomeSağlam həyat tərziSağlam düşüncə və motivasiyaƏgər yenidən həyata başlaya bilsəydim..

Əgər yenidən həyata başlaya bilsəydim..

Əgər yenidən həyata başlaya bilsəydim..
İkincisində, daha çox səhv edərdim.
Qüsursuz olmağa çalışmaz, arxa üstə yatardım.
İlkində olmadığım qədər şən olardım…
Çox az şeyi ciddiyyətlə edərdim.
Təmizlik əsla problem olmazdı.
Daha çox risk alardım həyatda.
Daha çox səyahət edərdim.
Daha çox günəş doğuşunu izlər, daha çox dağa dırmaşar, daha çox çayda üzərdim.
Daha çox görmədiyim yerə gedərdim.
Daha az göy noxud və doyana kimi dondurma
yeyərdim.
Gerçək problemlərim olardı, xəyali olanların
yerinə.
Həyatın hər anını gərçək və məhsuldar edən
insanlardanam mən.
Əlbəttə, xoşbəxt anlarım oldu amma,
yenidən başlayabilsəydim əgər, yalnız xoşbəxt
anlarım olardı.
Fərqindəsinizmi, bilmirəm, həyat budur onsuz da…
Anılar yalnız anılar, sizdə anı yaşayın.
Hər yerə yanında termometr, su, çətir və paraşüt
götürmədən getməyən insanlardandım mən.
Əgər, həyata yenidən başlayabilsəydim yanımda heç bir şey daşımazdım.
Əgər, yenidən başlayabilsəydim, ilk baharda ayaqqabılar ımı tullayar və payız bitənə qədər çılpaq ayaqlarla gəzərdim.
Bilinməyən yollar kəşf edər, günəşin dadına
varar, uşaqlarla oynayardım, bir şansım daha olsaydı, əgər…
Amma artıq 85 – imdəyəm və bilirəm …
Ölürəm …..
Şərh yoxdur

şərhini yaz