a
Hava:
24 C
clear sky
Baku
humidity: 31%
wind: 9 m/s NNW
H24 • L24

Həyatı ruhunla fəth et!

Həyatı ruhunla fəth et!!!
Uzaq ölkələr çəksin səni, tanımadığın insanlar. Cild-cild kitabları oxumaq, bütün həyatları tanımaq arzusu ilə yanmalısan. Dəyişməməlisən heç nəyə ovçunun arasında su içməyin sevincini. Yaş otların üstündə rəqs et, dünyanın ən gözəl rəqqası kimi. Əl uzat gunəşə, sanki tutub sinənə sıxaraq hərarəti ilə qızınırcasına.Qoşul quşlara, nəğmələrin sən də pıçılda. Elə səssiz pıçılda ki, səni ancaq kainat, torpaq ana belə eşitsin. Elə gül ki, şəlalələr səndən axsın. Elə sevin ki, bahar ilk sənə gəlsin, səndə çicəkləsin. Elə bax ki, könül, bəsirət gözün görsün ətrafda baş verənləri. Tırtıl ol ki, kəpənəyə dönərkən qismətin gül olsun. Nə qədər sevinc varsa, yaşamaq istəyi ilə dolmalı qəlbin. Və kədəri də yaşamalısan şücaətinlə, bütün mənliyinə. Çünki ağrılar da sevinclər kimi kamilləşdirər insanı. Yaşayırsansa, böyük yaşıyacaqsan. Axan bulaqlara, aydın səmaya, bütün kainata qovuşurcasına. Çünki ömür dediyimiz həyata bəxş edilmiş bir əvəzsiz töhfədir. Və həyat bəxş edilmiş töhfədir insana.
Həyat her zaman adil görünməyə bilər gözünə. Ancaq yenə də çox gözəldir. Həyat o qədər qısadır ki, birinə nifrət edərək zamanını heç etmə. Möcüzələri görə bilmirəm demə, könül qapıları aç, möcüzələr hər yerdə. Həyatı çox da mühakimə etmə. Hərəkətə keç, lazım olanı indi et. Keçmişinlə barış ki, gələcəyini qəhr etməsin . Unutma, səni öldürməyən səni güclü edər və ən gözəl mükafatın hələ ki gərçək olmayanlarındır. Umidini itirmə!!!
Şərh yoxdur

şərhini yaz