a
Hava:
14 C
light rain
Baku
humidity: 82%
wind: 8 m/s NNW
H14 • L14
HomemütailəŞəxslərMirzə Cəlil yadigarı -Münəvvər

Mirzə Cəlil yadigarı -Münəvvər

Münəvvər Cəlil qızı (1897-1995 ) – çi illərdə yaşamışdır. O, Cəlil Məmmədquluzadənin Həlimə xanımla nikahından olan qızıdır. Bir yaşına çatmamış anası vəfat etmiş, onu babası Məmmədqulu kişi və nənəsi Sara xanım böyütmüşlər. 1905-ci ildə atası onu Tiflisə apararaq təhsili ilə məşğul olmuşdur.Burada kiçik Münəvvər qız gimnaziyanı bitirmişdir. 1918-ci ildə Həmidə xanım onu özünün razılığı ilə Tiflisdə İran konsulluğunda işləyən zabit İdris xana ərə vermişdir. Bundan narazı qalan Mirzə Cəlil hətta qızının toyunda da iştirak etməmişdir. Az sonra ərindən ayrılan Münəvvər xanım atasının ailəsinə qayıtmış və Məmmədquluzadə Kərim Cənubi Azərbaycana səfəri zamanı onlarla birlikdə Təbrizə köçmüşdür. 1921–ci ildə o da Bakıya qayıtmışdır. Burada tibb məktəbini bitirən Münəvvər xanım tezliklə Həmidə xanımın birinci nikahdan olan oğlu Müzəffər Davatdarovla ailə qurmuş və Kürdəmirə köçmüşlər. Mirzə Cəlil onlarla müntəzəm məktublaşır, xahişlərini tezliklə və həvəslə əməl edir, Münəvvər xanımın tibb bacısı işlədiyi dövrdə ona gərək olan tibbi ləvazimatları alıb göndərirdi. Bu nikahdan da övladı olmayan Münəvvər xanım atası vəfat etdikdən sonra ərindən ayrılaraq Naxçıvana qayıtmış, vaxtilə atasının müəllimlik etdiyi Nehrəm kəndində məskən salaraq səhiyyə sahəsində çalışmıs, müəllimlik etmişdir. 1964-cü ildə Bakıya köçmüşdür. 1965-ci ildə, xəstəykən, ədəbiyyatşünas-alim Ə. Mirəhmədova atası haqqında xatirələrini danışmağa başlamış, lakin tezliklə vəfat etdiyindən xatirələri yarımçıq qalmışdır. Münəvvər xanımın dedikləri 1966-ci il martın 19-da “Bakı” qəzetində “o mənə həm atalıq, həm analıq elədi” başlığı adı altında dərc olunmuşdur.
Etiketlər: Cəlil Məmmədquluzadənin qızı, Həlimə xanım, Həmidə xanım, Mirzə Cəlil xatirələri, Əli Mirəhmədov
Şərh yoxdur

şərhini yaz