a
Hava:
15 C
clear sky
Baku
humidity: 72%
wind: 4 m/s WNW
H15 • L15
HomeQadın və ictimaiyyətDünyada tanınmış qadınlarTarixdə bilinən ilk qadın şair – Enheduanna.

Tarixdə bilinən ilk qadın şair – Enheduanna.

Tarixdə bilinən ilk qadın şair – Enheduanna.
Enheduanna’nın varlığından xəbər verən ilk tarixi sənəd 1925-ci ildə Mesopotamiya qazıntılarıyla məşhur, arxeoloq Leonard Woolley tərəfindən tapılmışdır. Bəzi  qaynaqlar onun hətta ilk şair olduğunu da qeyd edir.
Akkad kralı Sargonun qızı  olan Enheduanna   (e.ə 2285 – 2250) atası tərəfindən Ur şəhərindəki Ekişnugal məbədində baş rahibə olaraq vəzifələndirilmişdi. Şumerlərin sevgi tanrıçası İnannaya yazdığı lirik şeirlər ilə məhşurdur.
Günümüzə qədər gələ bilən şeirləri Enheduanna-nı tarixdə bilinən ilk qadın şair, bəzi mənbələrə görə də ilk şair etmişdir.

Enheduanna-nın eşq tanrıçası İnanna üçün yazdığı şeirlərdən bir parça :

Sən daşqın bir selsən, dağlardan enən,
Ah, hər şeydən əvvəl gələn, Ay tanrıçası İnanna, Cənnətin və dünyanın tanrısı!
Atəşin qığılcımlar saçır və sıçrayır xalqımın üzərinə.
Bir heyvan üzərindəki qadın!
An sənə üstünlük verir, müqəddəs buyruqlar.
Bütün böyük ayinlərimidə sən varsan.
Ama kim anlaya bilər ki səni həqiqətən?

Əslən Akkadlı olan  Enheduanna eyni zamanda Sargon-un  böyük bir dövlət qurması və Akkad mədəniyyəti ilə Şumer mədəniyyətini qovuşmasında atasına kömək etmişdir.

AynurA

Şərh yoxdur

şərhini yaz