a
Hava:
17 C
clear sky
Baku
humidity: 67%
wind: 9 m/s SSE
H17 • L17
HomeQadın və ictimaiyyətDünyada tanınmış qadınlarTürk dünyasının ilk qadın baş naziri Tansu Çillər

Türk dünyasının ilk qadın baş naziri Tansu Çillər

Türkiyə Cümhuriyyətinin 50-ci baş naziri– Tansu Çillər

Dərin zəkası, biliyi və zərifliyi ilə dünyada tanınmış, böyük hörmət qazanmış bu nəcib xanım baş nazir vəzifəsinə yüksəlmiş ilk türk qadınıdır.

Türk dünyasının görkəmli dövlət və siyasi xadimi Tansu Çillər 14 may 1946-cı ildə İstanbulda anadan olmuşdur.

1967-ci il Amerika Birləşmiş Ştatlarında ali təhsilini davam etdirib.

ABŞ-ın Franklin və Marşal kollecində 3 il professor köməkçisi və dossent işləyib.

1974-cü ildə Doğma yurdu Türkiyəyə qayıdıb. Boğaziçi Universitetində professor köməkçisi vəzifəsində elmi və pedaqoji fəaliyyət göstərərək, bir müddət Ümumdünya Bankının sənaye və ticarət palatasında işləyib.

1980-ci ildə Universitetdə dərs deməklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyə İdarəsində məsləhətçi olub.
Dövlət planlaşdırma idarəsində çalışıb.

“Doğru yol” partiyasının sədri Süleyman Dəmirəlin təklifi ilə 1990-vı ildə siyasətə qədəm qoyub. Partiyanın qurultayında “Doğru yol” partiyasının idarə heyətinə daxil olub.
1991- ci ildə DYP-dan millət vəkili kimi Türkiyə Böyük Məclisinə üzv seçilib.

Tansu Çillər Süleyman Dəmirəlin rəhbərlik etdiyi hökümətdə iqtisadiyyat vəzifəsində 17 ay işləyib və bu dövrdə iqtisadi islahatların həyata keçirilməsində iştirak edib.O, 1993-cü ilin iyulunda Süleyman Dəmirəlin Türkiyənin 9-cu prezident vəzifəsinə keçməsi ilə əlaqədar DYP-nin sədrliyinə namizəd göstərilərək partiyanın rəhbəri seçilib.
1993-cü il iyulun 13 -də Süleyman Dəmirəl ona hökumət təşkil etməyi tapşırıb.

O, iki uşaq anasıdır. İngilis və alman dillərini mükəmməl bilir.
Professor, Bakı Dövlət Universitetinin fəxri doktorudur.

1995-ci il iyulun 10-12- də Azərbaycana ilk rəsmi səfərə gəlmiş, səmimi qarşılanmış, ümumilli lider Heydər Əliyevlə danışıqlar aparmışdır.
Heydər Əliyev Tansu Çillərin Azərbaycana səfəini yüksək qiymətləndirərək demişdir: “Biz Türkiyənin baş naziri hörmətli Tansu xanım Çillərin Azərbaycana səfəini əlamətdar gün hesab edirik…’

Aynur Turan

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz