a
Hava:
17 C
clear sky
Baku
humidity: 82%
wind: 4 m/s SE
H17 • L17

Sellülit nədir?

Ən aktual qadın problemlərindən biri -SELLÜLİT

Sellülit nədir?
Kişilərə nisbətən qadınların aşağı ətrafında limfa düyünləri çoxdur və onlar bir-birinə sıx yerləşib. Qadın əzələləri kişilərə nisbətən daha yumşaqdır. Oturaq işdə çalışan qadının ayaqları gərgin vəziyyətdə olur və boşalmış əzələlərin ətrafına, yəni limfaların üzərinə gün ərzində içilən su, çay yığılır. Yağlı xörəklərdə olan piy arteriaları bloklaşdırır. Nəticədə, aşağı ətraflarda dərialtı piy düyünləri-SELLÜLİT yaranır.

Sellüliti necə müəyyən etmək olar?
Sellülitin ilk mərhələsi 12-14 yaş ərəfəsində yaranır. Dəri hamar görünür, lakin budu sıxanda portağal qabığına bənzər çıxıntılar olursa, demek, bu, sellülitin başlanğıcı, birinci mərhələsidir.
Ən təhlükəli mərhələ isə üçüncüdür. Onu tamamilə yox etmək mümkün deyil. Bu tip sellüliti müalicə etmək və daim nəzarətdə saxlamaq, qidaya diqqət etmək lazımdır.

Problemin səbəbləri

Yarımfabrikat, konservant, ketçup, mayonez, qida əlavələri, rəng və ətirverici qatılan xörəklər, stress keçirmək, oturaq həyat tərzi, rəngli şirələr içmək, artıq çəki, düzgün olmayan pəhriz, qəbizlik problemi və dar geyimlər, bel əyriliyi, hamiləlik, hormonal pozğunluq sellülit yaradır.

Nə etməli?

Antisellülit proqram

1. Qida

Mütəmadi olaraq, pəhriz saxlamaq sellüliti yox etmir. Ona görə də yeməyin keyfiyyətinə və kəmiyyətinə mütləq fikir vermək lazımdır. Sellüliti müalicə etmək, fikir vermək lazımdır. Sellüliti müalicə etmək üçün bir bir həftəyə 1 kq. arıqlamaq məsləhətdir. Bu ərəfədə yeməklər yağsız və təbii olmalıdır. Rasion daha çox meyvə və tərəvəzlərdən ibarət olmalıdır.

Bunları yemə:

Un məmulatları və şirniyyatlar
Heyvan mənşəli yağlar (kolbasa, paştet, sosiska)
Hisə verilmiş qidalar, şoraba
Alkoqol və nikotin ( damarlarda oksigen qəbulunu çətinləşdirir)

2. Aktiv və həyat tərzi

İdmanla məşğul olan zaman əzələlər dartılır və düyünlənmiş piy qatları parçalanır. Üzgüçülük, tullanmaq, velosiped sürmək, qaçmaq və ya tez -tez yerimek sellüliti yox edir.

3. Antisellülit masaj

Evdə sellüliti müalicə etməyin üsulu plastik və ya rezin əl masajıdır. Dəniz duzunu nəm ayaqlara sürtüb kisələmək piy düyünlərini yox edir. Gün ərzində 5-10 dəq. elektrik masajorla problemli yerləri əzmək problemi yox edir.

4. Kremlər

Problemli yerlərə antisellülit krem çəkib, idman edib və ya masaj etmək super effekt verir. Ancaq heç bir krem masajsız və idmandır təsir göstərmir.

5. Su proseduru

Sauna, hamam və akva-aerobika sellülitin birinci düşmənidir. Saunadan çıxdıqdan sonra həmin bölgələri soyuq duşla yaxalamaq gözəl nəticə verir.

Şərh yoxdur

şərhini yaz