a
Hava:
22 C
clear sky
Baku
humidity: 53%
wind: 6 m/s SSE
H22 • L22
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıXanımana Əlibəyli və uşaq ədəbiyyatı

Xanımana Əlibəyli və uşaq ədəbiyyatı

Uşaq ədəbiyyatımızın “xanım anası” və Azərbaycan uşaq poeziyasının banilərindən – Xanımana Əlibəyli Bakı şəhərinin Keşlə qəsəbəsində ziyalı ailəsində 1920 – ci ildə anadan olan Xanımana Əlibəyli ədəbi fəaliyyətə erkən yaşlarda başlamışdır. Onun şeirlərinin dili sadə, qafiyəli musiqili olduğundan dilə yatımlı, seviləndir. Xanımana Əlibəyli 1942-ci ildə Bakı Dövlət Tibb İnstitutunu bitirmişdir.

Həkiməm, şairəm, dinləyin məni,
Körpəniz ağlasa xiffət etməyin.
Ya beş-altı damcı dərman içirdin,
Ya beş-altı misra şeirimdən deyin…

O, həkim işləsə də, içindəki hisslər onu yenidən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə gətirib çıxarmışdır. Yaradıcılığında yüzlərlə uşaq şeirin, onlarla poema və səhnə əsərin, 30-dan artıq kitabı olan müəllifin “Cunquş”, “Dovşanın ad günü”, “Ayxan”, “Gözəllər gözəli” kimi pyesləri uzun müddət gənc tamaşaçılar teatrının səhnəsini bəzəyib.
Əsərində vətənə məhəbbət, mərdlik, insan əməyinə və istedadına ehtiram, cəmiyyətdəki eybəcər hallara nifrət, dostluğa sədaqət, təbiət gözəlliklərinə vurğunluq, böyüklərə hörmət və ehtiram, gücün birlikdə olması kimi insani keyfiyyətləri tərənnüm edən şairin bir çox əsərləri müxtəlif dillərə tərcümə edilmiş və o ölkələrdə də sevilmişdir. Onun axıcı, musiqili şeirlərinə çoxlu sayda mahnı bəstələnmiş və bu şeirlər uşaqların dilinin əzbərinə çevrilmişdir. Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük rol oynamış, əvəzedilməz xidmətləri olmuşdur.

Qışda şaxtada, buzda,
Günəş çimir hovuzda.
Qoy gətirim ləyəni,
Su tök yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də…

Onun əsərlərinə bütövlükdə nəzər saldıqda görürük ki, əsərlər azyaşlıların düşünmək, sərbəst fikir yürütmək qabiliyyətinin inkişafına, dünyagörüşün artmasına kömək edir.
Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan məhsullar şairimiz 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə keçmiş SSRİ Yazıçılar ittifaqına üzv qəbul edilmişlər.
Xanımana Əlibəyli uşaq ədəbiyyatımızın ləyaqətli davamçılarından olub, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov, Mir Mehdi Seyidzadə, Əminə Dilbazi, Teymur Elçin kimi yazıçı və şairlərimiz sırasındadır. Şairə yaradıcılığında sevgi şeirləri də maraqlı və səlis olduğundan oxucular tərəfindən sevgi ilə qarşılanmışdır.
Yetmiş il davam edən xalqına məhəbbətlə zəngin bir yaradıcılıq yolu keçmiş Xanımana Əlibəylinin bütün əsərlərinin ən böyük qayəsi, ən ali məqsədi Vətən, vətənə sevgi, vətən tərənnümü olmuşdur.
Heyranam hər çağına, Bağçasına, bağına, Yıxılım ayağına Azərbaycanım mənim!..
1991-ci ildə ona əməkdar incəsənət xadimi adı verilmişdir.1998-ci ildə Xanımana Əlibəyli “İlin qadını” adını almaq şərəfinə layiq görülmüşdür.
1991-ci ildə ona əməkdar incəsənət xadimi adı verilmişdir.1998-ci ildə Xanımana Əlibəyli “İlin qadını” adını almaq şərəfinə layiq görülmüşdür.
Azərbaycan uşaq yazıçısı kimi şöhrətlənən sənətkar Xanımana Əlibəylinin adı bu gün ustadlar sırasındadır. 87 yaşında, ömrünün ağbirçək anında dünyası dəyişən uşaq dramaturgiyasının banisi Xanımana Əlibəyli bu gündə unudulmur. Hər nəsil onun şeirləri ilə böyüyür. Şeirlərində yüksək səmimiyyət, təbiilik, uşaqlara məxsus səlis avaz və məlahətli bir biçim vardı. Məhz bütün bunlara görədir ki, o, hər zaman oxunur, təbliğ edilir, sevilir, mənimsənilir. Xanımana Əlibəyli ömrü şeirlərinin ömrü qədər yaşayacaq onu sevənlərin qəlbində.
O, 7 may 2007-ci ildə dünyasını dəyişmiş və Bakı şəhərində dəfn edilmişdir.

Axşam oldu, yuxusu var çiçəklərin,
Alabəzək böcəklərin.
Axşam oldu, mürgüləyir ağaclar da,
Meşələr də, yamaclar da.
Bir palıddır səhərəcən oyaq qalan,
Dərin-dərin fikrə dalan…

Müəllif: Aynur Turan

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz